Maqazin

Özcan Denizdən Bakıda möhtəşəm konsert

4 May 2026, 15:273
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Tanınan təşkilatçı Eyyub Hüseynzadə yenidən türkiyəli məşhur aktyor və müğənni Özcan Denizi Bakıya gətirib.

Zefer.media xəbər verir ki, bu, Eyyub Hüseynzadənin Özcan Deniz ilə sayca dördüncü əməkdaşlığıdır.

Belə ki, daha əvvəl də təşkilatçının dəvəti ilə Bakıda konsert proqramları ilə çıxış edən sənətçi yenidən paytaxtda böyük maraqla qarşılanıb. Müğənninin səfəri musiqisevərlər arasında xüsusi diqqət çəkib və onun canlı ifalarını izləmək üçün minlərlə tamaşaçı toplanıb.

Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edən Özcan gecə boyunca həm köhnə, həm də yeni repertuarından mahnılar təqdim edərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Konsert zamanı sənətçi tamaşaçılarla səmimi ünsiyyət qurub, Bakıdakı sevgi və dəstəyə görə minnətdarlığını ifadə edib.

Zalın tam dolu olması müğənniyə olan sevginin və marağın göstəricisi kimi dəyərləndirilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600