• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9899
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

2027-dən xarici dil imtahanında hansı dəyişikliklər olacaq ? - Açıqlama

29 Aprel, 26 / 20:18
A A

Gələn ildən etibarən buraxılış imtahanlarında planlaşdırılan dəyişikliklər təhsil sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Xarici dil fənni üzrə esse yazılışının imtahana daxil edilməsi şagirdlərin yalnız test biliklərini deyil, eyni zamanda düşünmə, fikrini ifadə etmə və dili praktik şəkildə istifadə etmə bacarıqlarını da üzə çıxarmağa yönəlib. Bu yenilik həm şagirdlər, həm də müəllimlər üçün hazırlıq prosesində yeni yanaşmalar tələb edir.

İmtahan prosesində həyata keçiriləcək dəyişikliklərlə bağlı Zefer.media – ya açıqlama verən DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə gələn ildən etibarən tam orta təhsil pilləsində olan şagirdlərin xarici dil üzrə yekun qiymətləndirilməsinin yenilənmiş və daha müasir yanaşmaya əsaslanan imtahan modeli ilə aparılacağını bildirib:

“2027-ci ildən başlayaraq tam orta təhsil səviyyəsində şagirdlərin xarici dil fənni üzrə yekun attestasiyası təkmilləşdirilmiş imtahan modeli əsasında həyata keçiriləcəkdir. Yeni model kommunikativ dil bacarıqlarının daha kompleks və balanslı şəkildə ölçülməsinə yönəlmiş olub, beynəlxalq qiymətləndirmə yanaşmaları və CEFR prinsipləri ilə uyğunlaşdırılıb.

Yeni imtahan modelində əvvəlki illərlə müqayisədə test tapşırıqlarının sayı 30-dan 26-ya endirilib ki, bu da qiymətləndirmənin daha fokuslu və məqsədyönlü aparılmasına xidmət edir. Test komponenti daxilində dil bacarıqlarının bölgüsü daha sistemli şəkildə təşkil olunub.

Dinləyib-anlama bacarığının qiymətləndirilməsi məqsədilə şagirdlərə 1 mətn təqdim olunur və bu mətn əsasında 4 qapalı tipli test tapşırığı verilir. Bu tapşırıqlardan biri şagirdlər üçün artıq tanış olan “doğru/yanlış” tipli sual formatını əhatə edir ki, bu da həm qiymətləndirmədə sabitliyi qoruyur, həm də şagirdlərin mövcud təcrübəsinə əsaslanır.

Oxuyub-anlama bacarığı üzrə isə şagirdlərə 2 mətn təqdim edilir və hər mətn üzrə 4 olmaqla ümumilikdə 8 qapalı test tapşırığı nəzərdə tutulur. Bu hissədə də hər mətnə uyğun olaraq “doğru/yanlış” tipli sualın daxil edilməsi şagirdlərin mətnin məzmununu ümumi və detal səviyyəsində anlama qabiliyyətinin ölçülməsinə imkan yaradır.

Dil strukturunun mənimsənilmə səviyyəsini müəyyən etmək üçün qrammatik bilikləri yoxlayan 13 test tapşırığı saxlanılmışdır. Bu komponent dilin formativ tərəflərinin qiymətləndirilməsində mühüm rol oynayır və ümumi dil səriştəsinin ayrılmaz hissəsi kimi çıxış edir”.

O qeyd edib ki, yenilənmiş imtahan modelində əsas dəyişikliklərdən biri açıq tipli testlərin ləğv edilərək onların yerinə şagirdlərin yazı qabiliyyətini ölçən tapşırıqla dəyişdirilməsidir:

“Yeni modelin əsas yeniliklərindən biri açıq tipli test tapşırıqlarının tamamilə yazı bacarığını qiymətləndirən tapşırıqla əvəz olunmasıdır. Bu tapşırıq çərçivəsində şagirddən verilmiş mövzu, sual və ya fikir əsasında minimum 100 sözdən ibarət 1 abzasda yazı yazmaq tələb olunur. Şagirdlər bu yazıda faktlara, arqumentlərə və şəxsi mülahizələrə əsaslanaraq öz mövqelərini ifadə etməlidirlər. Beləliklə, qiymətləndirmə yalnız reproduktiv bilikləri deyil, həm də analitik düşüncə, məntiqi ardıcıllıq və yazılı ünsiyyət bacarıqlarını əhatə edir.

Nəticə etibarilə, 2027-ci ildən tətbiq olunacaq yeni imtahan modeli dil bacarıqlarının inteqrativ qiymətləndirilməsini təmin etməklə yanaşı, şagirdlərin real kommunikativ situasiyalarda dil istifadəsi bacarıqlarını daha obyektiv şəkildə ölçməyə imkan verəcəkdir. Bu yanaşma müasir təhsil trendlərinə uyğun olaraq şagirdyönümlü və bacarıqəsaslı qiymətləndirmə sisteminin formalaşmasına töhfə verir.

Nəzərdə tutulan yeni imtahan modeli nümunəsi ilə buradan tanış ola bilərsiniz : 11_illik_model – sayta (1)_1769576797-1

Yeni imtahan modeli ilə əlaqədar buraxılış imtahanı vaxtının ümumilikdə 3 saat deyil, 3 saat 15 dəqiqə olması təklif edilib”.

Sonda X.Xanlarzadə yeniliklərin təqdimatı məqsədilə Bakıda görüşlər olduğunu, regionlarda da oxşar tədbirlərin planlaşdırıldığını vurğulayıb:

“Yeni imtahan modeli müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacaq. Dəyişikliklərin ictimaiyyətin daha geniş kütlələrinə çatdırılması məqsədilə artıq Bakıda xarici dil müəllimlərinin iştirakı ilə bir neçə görüş keçirilib. İl ərzində regionlarda da analoji tədbirlər təşkil oluncaq “.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Manşet

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək

Aprel 29, 2026
Manşet

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

Aprel 29, 2026
Manşet

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb

Aprel 29, 2026
Cəmiyyət

Sizlər Azərbaycanın təhlükəsizliyinin etibarlı sipəri, qürur mənbəyisiniz - XTQ mənsubu 

Aprel 29, 2026
Manşet

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq

Aprel 29, 2026
Manşet

Şahin Mustafayevin Ermənistana səfəri sülh prosesinə nə vəd edir? - AÇIQLAMA 

Aprel 29, 2026

XƏBƏR LENTİ

2027-dən xarici dil imtahanında hansı dəyişikliklər olacaq ? - Açıqlama

29 Aprel, 26 / 20:18

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək

29 Aprel, 26 / 18:30

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

29 Aprel, 26 / 18:28

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb

29 Aprel, 26 / 18:27

Ərəb ölkələri HƏMAS-ın tərksilah planını hazırlayır

29 Aprel, 26 / 18:24

Aİ-dən Ukraynaya ilk 6 milyard avroluq müdafiə paketi

29 Aprel, 26 / 18:22

İran nefti Çinə dəmir yolu ilə ixrac etməyə çalışır

29 Aprel, 26 / 18:13

Sizlər Azərbaycanın təhlükəsizliyinin etibarlı sipəri, qürur mənbəyisiniz - XTQ mənsubu 

29 Aprel, 26 / 18:02

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq

29 Aprel, 26 / 16:59

Rusiya yeddi saat ərzində 50 Ukrayna PUA-sını məhv edib

29 Aprel, 26 / 16:55

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.