• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13° Weather Columbus
$
1.7
€
1.9899
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Şuşada İƏT-in Turizm Nazirlərinin 7-ci görüşü keçirilib

29 Aprel, 26 / 13:13
A A

Aprelin 29-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 7-ci görüşü keçirilib.

Dövlət Turizm Agentliyindən Zefer.media – ya verilən məlumata görə, “Şuşa – İƏT-in Turizm Paytaxtı 2026” çərçivəsində təşkil olunan görüşdə üzv dövlətlərin turizm nazirləri və nümayəndə heyətləri iştirak ediblər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında İƏT tədbirlərinin Şuşada keçirilməsinin xüsusi simvolik əhəmiyyət daşıdığını və şəhərin zəngin mədəni-tarixi irsi ilə Azərbaycanın aparıcı turizm istiqamətlərindən biri kimi seçildiyini qeyd edib.

Fuad Nağıyev vurğulayıb ki, Azərbaycana səfər edən turistlərin mühüm hissəsi İƏT ölkələrinin payına düşür və bu maraq ölkələr arasında mövcud olan ortaq tarixi, mədəni və etnik bağlardan qaynaqlanır.

İƏT Baş katibi Əsəd Məcid Xan çıxışında qeyd edib ki, regional turizmin inkişafı üçün dayanıqlı yanaşmaların tətbiqi, turizm təhsili üzrə əməkdaşlığın genişləndirilməsi, özəl sektorun prosesə daha fəal cəlb olunması və birgə təşəbbüslərin həyata keçirilməsi vacibdir.

O, bu istiqamətdə atılan addımların üzv dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, turizm potensialının daha səmərəli reallaşdırılmasına və sektorun dayanıqlı inkişafına xidmət edəcəyini bildirib.

Tədbir zamanı aparılan müzakirələrdə turizmin şaxələndirilməsi, ekoturizmin təşviqi, regional marşrutların inkişafı və üzv ölkələr arasında birgə təşəbbüslərin irəli sürülməsi məsələlərinə toxunulub.

Görüş çərçivəsində Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclasının nəticələri təqdim olunaraq təsdiqlənib. Bununla yanaşı, ekoturizm üzrə qabaqcıl təcrübələri əks etdirən toplu və turizmin şaxələndirilməsinə dair siyasət sənədi təqdim edilib.

Tədbirin əsas nəticələrindən biri olaraq üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın gələcək prioritetlərini müəyyən edən “Şuşa Bəyannaməsi” qəbul olunub.

Görüşdə Qazaxıstanın Aktau şəhəri 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib.

Bənzər Xəbərlər

Cəmiyyət

“ASAN xidmət” “Hər kəs üçün ASAN” layihəsini reallaşdırır

Aprel 29, 2026
Hadisə

Gürcüstanda 10 yaşlı azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanılıb

Aprel 29, 2026
Cəmiyyət

BOKT-ların xalis mənfəəti 82 mln. manata yaxınlaşıb

Aprel 29, 2026
Manşet

İran deputatından Azərbaycana qarşı sərsəm iddialar

Aprel 29, 2026
Manşet

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək

Aprel 28, 2026
Cəmiyyət

Şuşa İƏT-in turizm paytaxtı olaraq qastronomiya tədbirinə ev sahibliyi edib

Aprel 28, 2026

XƏBƏR LENTİ

“Hörmüz boğazının bağlanması enerji təchizatımıza birbaşa təsir göstərir”

29 Aprel, 26 / 15:32

İranda kömür mədəni çökdü: ölən və yaralanan var

29 Aprel, 26 / 15:28

BMT: Müharibədən sonra İranda edam və həbslərin sayı artıb

29 Aprel, 26 / 15:22

Trampdan İran mesajı: “Tezliklə ağıllı olsalar yaxşı olar”

29 Aprel, 26 / 15:17

Şahin Mustafayevin Ermənistana səfəri sülh prosesinə nə vəd edir? - AÇIQLAMA 

29 Aprel, 26 / 15:03

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

29 Aprel, 26 / 14:18

Şuşada İƏT-in Turizm Nazirlərinin 7-ci görüşü keçirilib

29 Aprel, 26 / 13:13

“ASAN xidmət” “Hər kəs üçün ASAN” layihəsini reallaşdırır

29 Aprel, 26 / 12:43

Rusiya ABŞ-İran münaqişəsinə qoşulur? - Politoloq

29 Aprel, 26 / 12:32

Gürcüstanda 10 yaşlı azərbaycanlının ölümünə səbəb olan sürücü saxlanılıb

29 Aprel, 26 / 12:13

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.