Xalq artisti Emin Ağalarov Bakıda ilk aldığı avtomobili nümayiş etdirib.
Zefer.media xəbər verir ki, o bu barədə “İnstagram”da paylaşım edib.
“Leyla xanımla (Leyla Əliyeva) görüşməyə başlayanda, bu, Bakıda aldığım ilk maşın idi. Mənim üçün maşın çox vacib idi. Bu avtomobili o qədər sevdim ki, 20 ildən çox keçsə də, yenə ən sevdiyim maşın olaraq qalır. Deyirlər, “Range Rover” xarab olur. Bu, düz deyil. Bir neçə il əvvəl texniki problemləri var idi, amma əla maşındır”, – deyə müğənni qeyd edib.
Videonu təqdim edirik:
Zərintac Mayisqızı

















