“Erməni soyqırımına” dəstək münasibətilə dünən və bu gün müraicət yayımlayan bir qisim dövlət başçısı həmin hərəkətləri ilə dolayısıyla İrəvanın mərkəzi meydanında Türkiyə bayrağının yandırılmasına da haqq qazandırmış olurlar.
Zefer.media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
“Ermənistanın baş naziri Nikol Paşinyan “erməni soyqırımı” mövzusuna maraq göstərməzkən, “soyqırımın beynəlxalq səviyyədə tanınması hökumətin xarici siyasət prioriteti deyil” deyərkən, bir qisim dövlət başçısı, o cümlədən Rusiya Prezidenti Vladimir Putin “papadan çox papa” olmaq istəyir. Putinin “soyqırımla” bağlı müraciətinin ruhu Ermənistanda parlament seçkisi öncəsi radikal müxalifətə dəstək anlamı daşıyır. Misal üçün Putin belə bir cümlə işlədib: “Ermənistanın oğul və qızlarının milli kimliklərini qoruyub saxlamağa davam edəcəklərinə əminliyimi ifadə edirəm”. Bu cümləni belə də oxumaq olar: “Sizin baş naziriniz milli kimlikdən uzaqlaşıb, ermənilərin düşmənləri ilə dostluq edir, ermənilərin milli kimliyi isə Rusiya ilə ittifaqın davamından keçir”, – o vurğulayıb.
Qeyd edək ki, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib: “Rusiya Osmanlı İmperiyasında baş verən “Erməni Soyqırımı”nın 111-ci ildönümü münasibətilə erməni xalqının “kədəri”ni bölüşür”.
Zərintac Mayisqızı

















