• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.8907
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

İslamabada nümayəndə heyəti göndərilsə də, nəticə olmayacaq - Politoloqdan açıqlama 

22 Aprel, 26 / 21:16
A A

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf özünün X səhifəsində yazıb: “Tramp blokada tətbiq etməklə və atəşkəsi pozmaqla bu danışıqlar masasını təslim olmaq masasına çevirməyə və ya yenidən müharibəni qızışdırmağa haqq qazandırmağa çalışır. Biz təhdidlərin kölgəsi altında danışıqları qəbul etmirik və son iki həftə ərzində döyüş meydanında yeni kartlar ortaya qoymağa hazırlaşmışıq”.

Bu cür qarşılıqlı mənfi mesajlar növbəti danışıqlar prosesi ilə əlaqədar beynimizdə suallar yaradır…

Mövzu ilə bağlı politoloq Turab Rzayev Zefer.media-ya açıqlamasında bildirib ki, tərəflər arasında kəskin fikir ayrılıqları səbəbindən danışıqlardan real nəticə gözləmək çətindir:

“Danışıqların əsas predmeti tərəflər arasında kəskin ziddiyyət təşkil edir. Məsələn, ABŞ açıq şəkildə İranın nüvə arsenalını və zənginləşdirilmiş uranı təhvil verməsini, həmçinin nüvə sənayesini dayandırmasını tələb edir. İran tərəfi isə zənginləşdirilmiş uranı təhvil verməyəcəyini və nüvə sənayesini bağlamayacağını, sadəcə nüvə silahının hazırlanmaması ilə bağlı öhdəlik götürə biləcəyini qeyd edir. Beləliklə, iki tərəf arasında ortaq məxrəc tapmaq qəlizləşir.
Bundan başqa, Hörmüz boğazının statusu, İranın aktivlərinin açılması, neft satışları və digər məsələlərlə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur. Belə şəraitdə ABŞ müxtəlif təhdidlərə əl atır. Gah İranı “daş dövrünə” qaytaracağını, gah elektrik stansiyalarını vuracağını, gah da Hörmüzü bağlayacağını bəyan edir.
İran isə çalışır ki, prosesi maksimum dərəcədə gecikdirsin və ABŞ prezidentinin müharibə aparmaq səlahiyyətini tanıyan 60 günlük müddətin bitməsinə nail olsun. Həmin müddətin sonunda ABŞ-dən daha böyük güzəştlər əldə edə biləcəyini düşünür.

Politoloq hansısa bir nəticəyə gəlinməsini demək olar ki, mümkünsüz sayır:

“Fikirləşirəm ki, İran ya danışıqlar heyəti göndərməkdən imtina edəcək, ya da heyət formalaşdırılsa belə, bu danışıqlardan heç bir nəticə çıxmayacaq. İran danışıqları uzatmaqla ABŞ-ni mayın əvvəllərində- prezidentin səlahiyyət müddətinin bitdiyi ərəfədə daha tələsik şəkildə öz şərtlərini qəbul etməyə razı salmağa çalışacaq. İslamabada nümayəndə heyəti göndərilsə belə, oradan hər hansı bir nəticənin çıxması imkansız görünür”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Gündəm

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub

Oktyabr 28, 2026
Gündəm

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Oktyabr 28, 2026
Gündəm

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

Oktyabr 28, 2026
Gündəm

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

Oktyabr 28, 2026
Gündəm

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

Oktyabr 28, 2026
Gündəm

Slovakiya səfirliyinin müşaviri Vladimir Jezek Veteranlar Təşkilatında görüş keçirdi – FOTO

Oktyabr 27, 2026

XƏBƏR LENTİ

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

28 Oktyabr, 26 / 19:33

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

28 Oktyabr, 26 / 19:27

Ruandalı nazir “ASAN xidmət”də

28 Oktyabr, 26 / 19:22

Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib

28 Oktyabr, 26 / 19:17

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub

28 Oktyabr, 26 / 17:09

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28 Oktyabr, 26 / 17:03

Gələcək turizmdə texnologiya, insan kapitalı, xidmət və əməkdaşlıq əsas meyarlardır - Ceyhun Aşurov

28 Oktyabr, 26 / 16:11

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

28 Oktyabr, 26 / 16:07

İspaniyada iki qatarın toqquşması nəticəsində azı 46 nəfər ölüb

28 Oktyabr, 26 / 15:41

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

28 Oktyabr, 26 / 15:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.