Cəmiyyət

Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun bir hissəsində təmir işləri aparılacaq

22 Aprel 2026, 16:151
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Aprelin 24-ü saat 07:00-dan 30 aprel saat 24:00-dək Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun 0–8 km hissəsində təmir işləri aparılacaq.

Zefer.media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı–Ağsu–Qaraməryəm–İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər”, – məlumatda qeyd olunub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600