Cəmiyyət

Yenə saxta həkimlər iş başında

20 Aprel 2026, 18:423
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Yenə həkim olmayan Gülsüm Əliyeva adlı bir şəxsin həkim tibbi prosedurlar həyata keçirdiyi iddia edilir 

Zefer.media xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataşova öz instaqram hesabında paylaşım edib.

Həmçinin teleqram kanallarında da yayılan görüntülərdə qadının klinik şəraitdə, tibbi formada və əlcəkdə cərrahi müdaxilələr etdiyi görünür.

İddialara görə, onun tibbi təhsili yoxdur və əvvəllər Respublika Xəstəxanasında baş həkimin katibəsi kimi çalışıb.

Müşahidələrimizə görə Qənirə Ataşova sözügedən mövzuları hər zaman diqqətdə saxlayır, paylaşımlar edir.

Doğrudur, Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə belə neqativ hallara qarşı qərar qəbul olunub, müxtəlif tədbirlər keçirilib. Lakin həkim olmayanlar yenə iş başındadır, pul xatirinə bu əməllərindən əl çəkmirlər.

Belə məsələlər nə qədər çox işıqlandırılsa aidiyyatı qurumlara da daha tez məlumat çatar. Gündən-günə saxtakarların sayı artır. Onlar insan həyatını önəmsəmir, güvənib gələn şəxslərin canını riskə atmaqdan çəkinmirlər. Hər kəs bildiyi işlə məşğul olsa gözəldir. Üstəlik həkimlik – neçə-neçə həyatın məsuliyyətini daşıyan bir peşəni uşaq oyuncağına çevirmək olmaz.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600