• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9609
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yeni mühitə adaptasiya üçün nə etməliyik? - Psixoloqdan tövsiyələr

20 Aprel, 26 / 18:28
A A

Həyatın müxtəlif mərhələlərində insanlar tez-tez yeni vəziyyətlər, dəyişikliklər və gözlənilməz hadisələrlə qarşılaşırlar. Bütün bunlara adaptasiya prosesi (uyğunlaşma) fərdin psixoloji dayanıqlığı və gündəlik həyat keyfiyyəti ilə birbaşa əlaqəlidir.

Psixoloq Nabat Mirzəyeva Zefer.media-ya açıqlamasında bildirib ki, adaptasiya insanların yeni şəraitə psixoloji və davranış baxımından uyğunlaşması prosesidir:

“Dəyişikliklər həyatımızın ayrılmaz hissəsidir, lakin psixoloji sağlamlığımız onlara necə reaksiya verməyimizlə birbaşa bağlıdır. Hər bir fərd öz daxili vəziyyətinə uyğun olaraq fərqli reaksiyalar göstərir. Bunların ən əsası adaptasiyadır. Adaptasiya- yeni mühitə, şəraitə və vəziyyətə həm psixoloji, həm də davranış baxımından uyğunlaşmaq, əvvəlki rutinləri yeni reallıqda yenidən qurmaq və həmin durumu emosional şəkildə qəbul etmək deməkdir.
Sözügedən proses adətən bir neçə mərhələdən ibarət olur. Əvvəlcə çətinlik çəkir və narahatlıq hiss edirik, lakin zamanla mühitə öyrəşdikcə qəbul etməyə başlayırıq. Sözsüz ki, hər kəsin reaksiyası şəxsiyyət xüsusiyyətlərinə görə fərqlidir. Kimisi daha rahat, kimisi isə daha çətin adaptasiya olur. Burada əvvəlki həyat təcrübələri də böyük rol oynayır. Daha əvvəl çətinliklərin öhdəsindən gəlmiş bir şəxs yeni vəziyyətə daha güvənli yanaşır. Eyni zamanda özünə inam, ətrafın dəstəyi və qeyri-müəyyən hallara qarşı dözümlülük adaptasiya prosesinə ciddi təsir göstərir”.

Mütəxəssis qeyd edib ki, dəyişikliklərə uyğunlaşmaq üçün onları fürsət kimi mənimsəmək, addım-addım irəliləmək vacibdir:

“Fərqliliklərə daha asan uyğunlaşmaq üçün ilk növbədə düşüncə tərzimizi dəyişməliyik. Əgər gərginliyə qapanıb “bacarmayacağam” deyə fikirləşsək, gücümüzü itirərik. Lakin “zamanla, addım-addım özümü formalaşdıracağam” söyləyərək yanaşsaq, bu, stress səviyyəsini azaldar. Böyük dəyişiklikləri hissələrə bölmək və kiçik addımlarla irəliləmək daha vacibdir. Gündəlik rutinlərin bir hissəsini- yuxu rejimini, qidalanmanı və kiçik vərdişləri qorumaq psixoloji durumumuzu sabit saxlayır. Həmçinin, sevdiklərimizlə ünsiyyət qurmalı, sosial dəstəkdən istifadə etməli və hisslərimizi paylaşmalıyıq. Unutmamalıyıq ki, adaptasiya öyrənilə bilən bir bacarıqdır. Əgər bir fərqli mərhələ bizim gələcəyimizə parlaq təsir göstərəcəksə və hədəflərimizə aparacaqsa, biz bu uyğunlaşma gücünü özümüzdə yarada bilərik. Psixoloji elastiklik inkişaf etdikcə, insan həyatın hər mərhələsində daha dayanıqlı və balanslı olar”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Cəmiyyət

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

Avqust 3, 2026
Cəmiyyət

Bakının bu qəsəbəsində su olmayacaq

Avqust 3, 2026
Siyasət

Prezidentdən 3 fərman

Avqust 3, 2026
Siyasət

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Avqust 3, 2026
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Avqust 3, 2026
Manşet

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Avqust 3, 2026

XƏBƏR LENTİ

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

03 Avqust, 26 / 16:05

Bu ölkədə miqrant böhranı: on minlərlə insan Mərakeşə qaytarılıb

03 Avqust, 26 / 16:00

Üç nəfər dənizdə batıb – AZTV-nin əməkdaşının bacı və qardaşlarıdır

03 Avqust, 26 / 15:56

Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçilib

03 Avqust, 26 / 15:51

Bakının bu qəsəbəsində su olmayacaq

03 Avqust, 26 / 14:01

Prezidentdən 3 fərman

03 Avqust, 26 / 13:59

Azərbaycan XİN Pakistana başsağlığı verdi

03 Avqust, 26 / 13:53

Sabahın hava proqnozu açıqlanıb

03 Avqust, 26 / 13:51

Türkiyə və İran regional təhlükəsizliyi müzakirə edib

03 Avqust, 26 / 13:34

Rusiya Azov dənizində gəmi təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür

03 Avqust, 26 / 13:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.