Cəmiyyət

Üç ay ərzində şəhid ailəsi üzvlərinə 50 mindən çox tibbi xidmət göstərilib

17 Aprel 2026, 17:551
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

2026-cı ilin ilk üç ayı ərzində TƏBİB tabeli tibb müəssisələrinə 4 261 şəhid ailəsi üzvü tərəfindən 14 645 müraciət daxil olub. Müraciətlər əsasında onlara ümumilikdə 51 183 adda müxtəlif tibbi xidmət göstərilib. 

Zefer.media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik və radioloji istiqamətləri əhatə edib.

Bununla yanaşı, YAŞAT Fondu tərəfindən 12 müraciət araşdırılaraq müvafiq dəstək göstərilib.

Qeyd edək ki, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən koordinatorlar vasitəsilə şəhid ailəsi üzvlərinə növbəsiz tibbi xidmətlərin göstərilməsi, müayinələrin təşkili və zəruri hallarda yönləndirmə xidmətləri təmin olunur.

 

 

 

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600