Hazırda İranda səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munir İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüş keçirib.
Zefer.media xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
Görüşün məzmunu və müzakirə olunan məsələlər barədə hələlik rəsmi açıqlama verilməyib.
Munir İrana səfəri çərçivəsində ölkənin xarici işlər naziri Abbas Əraqçı ilə də görüşüb. Ancaq onun da təfərrüatları açıqlanmır.
Ərəb mediasının yaydığı məlumatlara əsasən, Pakistan ordusunun baş komandanı Tehrandakı təmaslardan sonra Vaşinqtona səfər edə bilər.
Zərintac Mayisqızı

















