“Tasnim News” İslamabadda keçirilən İran-ABŞ danışıqları haqqında anime videosu yayımlayıb.
Zefer.media xəbər verir ki, görüntülərdə hər iki tərəfin hərbi gücü, qətiyyəti və qarşılıqlı təhdidləri ön plana çıxarılır.
İki ölkənin rəsmi nümayəndələrinin masa arxasında bir-birinə silah tuşlaması ilə başlayır.
ABŞ tərəfi İranın təslim olmasını tələb edir (“Ya diz çökürsünüz, ya da məhv olursunuz”).
İran tərəfi isə həmin təhdidlərə soyuqqanlılıqla və qətiyyətlə cavab verir.
Hadisələr dənizə keçir. Ağ Evin hərbi gəmilərinin Hörmüz boğazına yaxınlaşdığı bildirilir.
İran hərbçiləri xəbərdarlıq edərək bölgənin onların “evi” olduğunu və bir addım belə irəli gəlsələr, dənizi onlar üçün cəhənnəmə çevirəcəklərini deyirlər.
ABŞ tərəfi xəbərdarlıqlara məhəl qoymur.
Bunun ardınca İran tərəfi raket zərbələri endirir və dəniz minaları işə düşür.
ABŞ hərbi gəmiləri ciddi itkilər verir və partlayışlar baş verir.
Videonun sonunda ABŞ hərbçilərinin panika içində geri çəkilmək əmri verdiyi və məğlubiyyət görüntüləri əks olunur.
Zərintac Mayisqızı

















