Siyasət

Biz Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün çox səy göstərmişik – Fidan

13 Aprel 2026, 23:511
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Ankara Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün mülayim güc tətbiqindən keyfiyyətli diplomatiyaya qədər çox böyük səylər göstərib”.

Zefer.media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O, ölkəsinin Qafqazla həmsərhəd olduğunu və oradakı müharibələrin və qeyri-sabitliyin Türkiyəyə birbaşa təsir etdiyini vurğulayıb.

Fidan həmçinin qeyd edib: “Buna görə də biz bu bölgədə asayişin və təhlükəsizliyin təmin edilməsi, eləcə də təhlükəsizlik sistemi ilə bağlı məsələlər üçün çox ciddi səylər göstəririk. Biz Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün böyük səylər göstərmişik, güc tətbiqindən tutmuş keyfiyyətli diplomatiyaya qədər, regional ölkələri və dünya güclərini tarazlıqda saxlamağa qədər. Beləliklə, oradakı kəskin münaqişə Türkiyəyə təsir göstərmir”.

O, Ankaranın Yaxın Şərq, Qafqaz, Qara və Aralıq dənizi hövzələrində geniş strateji zonaya malik olduğunu və Avropa təhlükəsizliyində mühüm rol oynadığını ifadə edib.

Nazirin sözlərinə görə, Avropa təhlükəsizliyi həmişə NATO-nun himayəsi altında formalaşıb və Türkiyə də bu kontekstdə öz rolunu oynayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600