• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.7° Weather Columbus
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Nikotin beynin dopamin sistemini necə "girov" götürür ? - İSİM-dən açıqlama

11 Aprel, 26 / 9:46
A A

Bu gün bir çoxumuz siqaret asılılığını sadəcə iradə zəifliyi kimi görsək də, pərdəarxasında beynin biokimyəvi sistemlərini hədəf alan mürəkkəb bir “manipulyasiya” dayanır. Nikotin dopamin balansından tutmuş sinir sisteminin dayanıqlığına qədər bir çox funksiyanı “girov götürərək” insanı həm fiziki, həm də emosional bir döngəyə salır. 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi mövzu ilə bağlı Zefer.media-ya verdiyi açıqlamada nikotinin yalnız beynin bir hissəsinə deyil, zövq və emosiya sistemlərinə göstərdiyi çoxsahəli təsirdən bəhs edib :

” Nikotin beyinin yalnız bir hissəsinə deyil, həm də zövq, emosiya və öyrənmə ilə əlaqəli bir neçə əsas sistemə təsir göstərir. Məhz bu çoxsahəli təsir onun niyə bu qədər tez asılılıq yaratdığını izah edir. Təsirə məruz qalan sistemlər aşağıdakı kimi qruplaşdırılır.

Əsas amil olan mükafatlandırma sistemidir. Nikotin ən güclü şəkildə beynin “zövq mərkəzi”ni aktivləşdirir, nikotin burada dopamin ifrazını artırır, bununla da “həzz” hissi yaradır. Nəticədə siqaret çəkəndə beyin bunu “yaxşı bir şey” kimi qeyd edir və təkrarlamaq istəyi yaradır. Beyinin qərarvermə və diqqət mərkəzində nikotin diqqəti müvəqqəti artırır, stress hissini azaldır. Bu da istifadəçidə “siqaret mənə kömək edir” kimi yanlış bir assosiasiya yaradır. Beyinin emosiyalar və stress mərkəzində nikotin narahatlığı qısa müddət azaldır, stressə qarşı müvəqqəti rahatlıq verir. Bu da, emosional asılılığı gücləndirir. Beyinin yaddaş və öyrənmə mərkəzində isə nikotin siqaretlə bağlı “xoş xatirələr” yaradır, müəyyən vəziyyətlərlə (məsələn, çay-qəhvə içmək) siqareti əlaqələndirir. Buna görə bəzi situasiyalar avtomatik olaraq siqaret çəkmək istəyi yaradır. Bir sözlə, nikotin eyni anda həzz, stress azalma, diqqət artımı və yaddaş assosiasiyaları yaradaraq beynin bir neçə sistemini “aldadır”. Bu səbəbdən asılılıq bəzən çox qısa müddətdə formalaşa bilir”.

İnsanların çox vaxt hansı daxili ” çatışmazlıq” dan siqaretə əl atdıqları sualı isə belə aydınlıq gətirilib : ” İnsanların ilk siqaretə əl atmasının arxasında adətən tək bir səbəb yox, bir neçə daxili “boşluq” və ya emosional ehtiyac dayanır. Nikotin bu ehtiyacları qısa müddətlik “doldurur”, amma əslində problemi həll etmir, sadəcə beyni aldadır.

Ən yayılmış səbəblərdən biri stress və daxili gərginlikdir. İnsan özünü sıxılmış, narahat hiss edir, nikotin isə qısa müddətə sakitləşdirici təsir göstərir. Beyin bunu “rahatlıq vasitəsi” kimi qəbul edir. Bəzi insanlar “boşluq” və ya mənasızlıq duyğularını keçirərək darıxır, həyatda stimul azlığı hiss edir, daxili boşluq yaşayır. Nikotin isə dopamin sistemini aktivləşdirərək süni maraq və həzz yaradır, beyin bu hissi yenidən yaşamaq üçün təkrar doza tələb edir. Bu, xüsusilə yeniyetmələrdə çox güclü olur. Digər tərəfdən dost mühitinə uyğunlaşmaq, “böyümüş görünmək” istəyi, qrupdan, həmyaşıdlardan kənarda qalmaq qorxusu siqareti sosial “bilet” kimi istifadə edir. Emosional ağrı və ya daxili narahatlıq zamanı nikotin tək qalmaq qorxusu, özünə inamsızlıq, daxili gərgin emosiyalar hisslərini müvəqqəti “boğur”. Bəzi insanlar siqareti özünü tənzimləmək, yəni diqqəti toplamaq, sakitləşmək və ya əksinə, “oyanmaq” üçün istifadə edir. İlk siqaret çox vaxt “bu, mənə kömək edir” düşüncəsi yaradır. Lakin reallıqda nikotin problemi həll etmir, sadəcə beynin kimyəvi proseslərini dəyişərək müvəqqəti rahatlıq yaradır, sonra isə həmin “çatışmazlığı” daha da gücləndirir. Beləliklə, ilk siqaret adətən stressdən qaçış, emosional boşluğun doldurulması, sosial uyğunlaşma və ya özünü tənzimləmə ehtiyacından yaranır”.

Orqanizmdəki daxili balansın hansı formada pozulduğu sualına idarədən daxil olan cavabda aşağıdakı faktlar öz əksini tapıb: ” Siqaret (xüsusilə nikotin və tüstüdəki digər maddələr) bədəndə bir neçə vacib vitamin və biokimyəvi maddənin balansını pozur. Bu dəyişikliklər təkcə sağlamlığa zərər vermir, həm də asılılığı daha da gücləndirir. Gəlin əsas mexanizmlərə nəzər yetirək. Siqaret çəkənlərdə vitamin C sürətlə tükənir. Tüstü güclü oksidləşdirici effekt yaradır, orqanizm daha çox vitamin C istifadə etməyə məcbur olur. Nəticədə yorğunluq artır, stressə dözümlülük azalır, bu isə insanı yenidən siqaretə yönəldə bilər.

B qrup vitaminləri (xüsusilə B6, B12, fol turşusu), bu vitaminlər sinir sistemi üçün olduqca əhəmiyyətlidir. Siqaret onların səviyyəsini azaldır, sinir sistemində balans pozulur, bu da sinir sisteminin ötürücülük prosesinə təsir edir. Nəticədə əsəbilik, narahatlıq, diqqət problemləri yaranır və insan bunu “siqaretlə düzəltməyə” çalışır. Nikotin birbaşa dopamin sistemini dəyişir. Dopamin sistemi beynin ən mürəkkəb və vacib funksional sistemlərindən biridir. O, yalnız “həzz” mərkəzi deyil, həm də motivasiya, hərəkət idarəsi və koqnitiv funksiyalar üçün mühərrik rolunu oynayır. Nəticədə süni dopamin artımı yaranır, zamanla beyin öz təbii dopamin istehsalını azaldır, siqaretsiz həyatda “zövqsüzlük” hissi əmələ gəlir, motivasiya azalır. Bu, asılılığın ən güclü mexanizmlərindən biridir. Siqaret dolayı yolla serotonin (əhval-ruhiyyə hormonu) balansını pozur. Nəticədə əhvalın tez-tez dəyişməsi , depressiv hisslər yaranır. İnsan bunu kompensasiya etmək üçün yenidən siqaret çəkir. Siqaret antioksidantları (E vitamini, beta-karotin və s.) “yandırır”, hüceyrələri oksidləşdirici stressə məruz qoyur. Nəticədə bədən daimi “stress vəziyyəti”ndə olur, bu da nikotinə ehtiyacı artırır. Bütün bunlar həm fiziki, həm də psixoloji olaraq siqaretə bağlılığı dərinləşdirir”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Cəmiyyət

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

May 29, 2026
Cəmiyyət

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

May 29, 2026
Siyasət

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

May 29, 2026
Hərbi

“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

May 28, 2026
Banner

Media Türk-ün 5 yaşı tamam olur

May 28, 2026
Cəmiyyət

28 May – Azərbaycanda Müstəqillik günüdür

May 28, 2026

XƏBƏR LENTİ

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

29 May, 26 / 20:24

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

29 May, 26 / 19:30

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

29 May, 26 / 10:31

“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

28 May, 26 / 18:19

Media Türk-ün 5 yaşı tamam olur

28 May, 26 / 15:13

28 May – Azərbaycanda Müstəqillik günüdür

28 May, 26 / 9:19

Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqını Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib

27 May, 26 / 19:20

Azərbaycanda Qurban bayramı qeyd edilir

27 May, 26 / 0:00

Millət vəkili Məşhur Məmmədovun xeyriyyəçilik ənənəsi davam edir

26 May, 26 / 20:32

Qalibaf və İran nümayəndə heyəti Qətərdən qayıdıb

26 May, 26 / 20:01

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.