• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.5° Weather Columbus
$
1.7
€
1.9685
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Azərbaycan XİN-dən Rusiyaya: Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadəsi qəbuledilməzdir

06 Aprel, 26 / 20:47
A A

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub.

Zefer.media xəbər verir ki, bu fikirlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Rusiyada Qarabağ bölgəsi ilə bağlı son günlərdə səsləndirilən fikirlərə dair şərhində yer verilib.

Qeyd olunub ki, bununla əlaqədar diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qabuledilməzliyi barədə Rəsmi Bakının mövqeyi və bunun dayandırılmasına dair gözləntiləri Rusiya Prezidentinin Administrasiyasının, hökumətin və XİN-in diqqətinə çatdırılıb.

“Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir. Belə ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.

Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub”, – XİN-dən vurğulanıb.

“Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb.

Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq”, – şərhdə qeyd edilib.

Bənzər Xəbərlər

Gündəm

Fərid Şahbazlı: Humanitar hüquq bütün münaqişələrdə qorunmalıdır

İyun 16, 2026
Dünya

Tramp Zelenski ilə yenidən görüşəcəyini bildirib

İyun 16, 2026
Siyasət

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşdü

İyun 16, 2026
Manşet

Prezident fərman imzaladı

İyun 16, 2026
Dünya

İran XİN: “Qalibaf və Vens imzalanma günündə iştirak edəcəklər”

İyun 16, 2026
Dünya

İran–ABŞ sazişi İsveçrədə rəsmiləşdirilə bilər

İyun 16, 2026

XƏBƏR LENTİ

Fərid Şahbazlı: Humanitar hüquq bütün münaqişələrdə qorunmalıdır

16 İyun, 26 / 15:37

Şəhidlərimizin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

16 İyun, 26 / 15:28

İran komandası ABŞ-də sərt təhlükəsizlik tədbirləri ilə qarşılanıb

16 İyun, 26 / 15:20

Tramp Zelenski ilə yenidən görüşəcəyini bildirib

16 İyun, 26 / 15:16

Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın iclası bu il ərzində keçiriləcək

16 İyun, 26 / 14:42

ABŞ NATO qarşısında bu öhdəliklərin həcmini azaldıb

16 İyun, 26 / 14:36

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşdü

16 İyun, 26 / 14:33

Prezident fərman imzaladı

16 İyun, 26 / 14:31

İran XİN: “Qalibaf və Vens imzalanma günündə iştirak edəcəklər”

16 İyun, 26 / 14:15

İran–ABŞ sazişi İsveçrədə rəsmiləşdirilə bilər

16 İyun, 26 / 13:50

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.