Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gəlib.
Zefer.media xəbər verir ki, şəhərin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Tbilisidə Qəhrəmanlar Memorialını, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.
Həmçinin, Prezidentin gəlişi şərəfinə Gürcüstanda rəsmi qarşılanma mərasimi keçirilib.
Habelə Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili təkbətək, həmçinin ölkənin baş naziri İrakli Kobaxidze təkbətək və geniş tərkibli görüşü olub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri başa çatıb, İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Kobaxidze yola salıb.

















