İranın mövqeyi ABŞ mediası tərəfindən təhrif olunur.
Zefer.media xəbər verir ki, bunu bu gün İranın xarici işlər naziri Abbas Əraqçı “X” hesabında paylaşım edərək bildirib.
“Pakistanın səylərinə görə dərin minnətdarlığımızı bildiririk və heç vaxt İslamabada getməkdən imtina etməmişik. Bizi narahat edən şey, bizə tətbiq edilən qanunsuz müharibəyə qəti və davamlı SON şərtləridir”, – deyə, Əraqçı bildirib.
Zərintac Mayisqızı

















