İran zəruri mallar və humanitar yardım daşıyan gəmilərin Hörmüz boğazından keçməsinə icazə verib.
Zefer.media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib zəruri mallar və humanitar yardım daşıyan gəmilərin Hörmüz boğazından İrandakı və ya Oman körfəzində yerləşən limanlara keçməsinə icazə verilir.
Xatırladaq ki, “Bloomberg” agentliyinin məlumatına görə 1 apreldə Böyük Britaniyanın rəhbərlik etdiyi Hörmüz boğazını açmaq üçün 35 millətdən ibarət beynəlxalq koalisiyanın danışıqlar uğursuz olarsa, diplomatik yoldan İrana iqtisadi təzyiq göstərməyə keçməyi planlaşdırdığı qeyd olunub.
Zərintac Mayisqızı

















