Cəmiyyət

Əmək bazarında hansı ixtisaslara daha çox ehtiyac var? – AÇIQLAMA

28 Mart 2026, 14:063
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Günümüzdə gənclər arzuladığı peşələrə yiyələnmək məqsədilə yanaşı, artıq həmin ixtisasların əmək bazarında tələbatlı olub-olmadığına, nə qədər qazanc gətirə biləcəyinə də önəm verirlər. Çünki elə peşələr var ki, iş tapmaq baxımından çətinlikləri var.

Bəs, hazırda hansı ixtisaslar əmək bazarında daha çox yer alır?

Təhsil eksperti Elçin Əfəndi Zefer.media-ya açıqlamasında hazırda əmək bazarında daha çox tələbatı olan peşələrdən söz açıb:

“1-ci ixtisas qrupunda – Əsasən kompüter, İT yönümlü peşələr üstünlük təşkil edir. Kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və s. Daha sonra kimya mühəndisliyi, pedaqoji yönümlü ixtisasları demək mümkündür.

2-ci ikinci ixtisas qrupuna gəldikdə isə maliyyə, menecment, biznesin idarə edilməsi, pedaqoji istiqamətli peşələr…

3-cü ixtisas qrupunda əsas hüquqşünaslıq, pedaqoji ixtisaslar, tərcüməçilik – əsasən Koreya, Çin, Alman, İspan, İtalyan daha çox bu dillər əmək bazarında tələb olunur.

4-cü ixtisas qrupunda tibb – stomatologiya, tibb bacısı ixtisası, fizioterapiya, həmçinin pedaqoji ixtisaslarda iş tapmaq rahatdır. 5-ci ixtisas qrupunda pedaqoji, idman və dizayn istiqamətində ixtisaslar tələbatlıdır”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600