Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur.
Zefer.media xəbər verir ki, qeyd edilən tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi”nin yaradılmasından götürür.
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi keçirilir.
Zefer.media olaraq bu müqəddəs peşənin sahiblərini, vətənin keşiyində duran qəhrəmanları təbrik edir və uğurlar arzulayırıq. Azərbaycan və Azərbaycan xalqı onlarla qürur duyur!
Zərintac Mayisqızı

















