Manşet

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdəki səfirliyini ziyarət edib

27 Mart 2026, 12:2210
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Gürcüstanın ölkəmizdəki səfirliyinə gedərək, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Zefer.media ​Dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyevi səfirliyin qarşısında Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze qarşılayıb. Dövlət başçısı səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıb.

​Ziyarət zamanı səfirlə söhbət edən Prezident İlham Əliyev vurğulayıb ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya bütün mənalı ömrünü və fəaliyyətini nəcib məqsədlərə, həmçinin dinlərarası dialoqun təşviqinə həsr edib. Dövlət başçısı II İliyanın Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafındakı müstəsna rolunu qeyd edərək, onun xatirəsinin ölkəmizdə həmişə ehtiramla yad ediləcəyini bildirib.

​Səfir Zurab Pataradze səfirliyə gəldiyi və göstərdiyi yüksək ehtirama görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını ifadə edib.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600