Siyasət

Sona qədər mübarizə ideyası səhvdir – Paşinyan

26 Mart 2026, 16:296
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
“Qarabağda sona qədər döyüşüblər deyə bir şey yoxdur”.

 

Zefer.media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu martın 26-sı jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, 2023-cü il hadisələrindən sonra Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib, burada döyüş əməliyyatlarının nəticələri təhlil olunub və guya döyüşüblər kimi iddialar, yumşaq deyilsə, reallığa uyğun deyil.

Paşinyan kəşfiyyat məlumatlarına görə, silahların əsas hissəsi (80-90%-i) toxunulmaz qaldığını bildirib. O, sona qədər döyüş aparıldığı ilə bağlı fikirləri yanlış adlandırıb: “Lazım gələrsə, həmin məlumatları açıqlayacağıq. Qarabağ danışıqları üzrə sənədlər kimi, uyğun zamanda dərc edəcəyəm. Bu, yalandır, döyüşməyiblər, belə bir şey olmayıb, qaçıblar, gizləniblər”.

Onun sözlərinə görə, 44 günlük müharibə zamanı da müəyyən plan çərçivəsində “qaçıblar” ki, bu, Ermənistan hakimiyyətinə xəyanət kimi təqdim edilsin və bu fonda hakimiyyət dəyişikliyi həyata keçirilsin. “Amma bunu edə bilmədilər, çünki nə Ermənistanın, nə də “Qarabağın xalqı”nı təmsil etmirdilər. Onların legitimliyi yox idi”, – deyə Paşinyan ifadə edib.O vurğulayıb ki, bundan əvvəl hakimiyyətlər siyasi proses üçün şərait yaradıblar, lakin “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “rəhbərliyinin bəzi nümayəndələri” buna nəinki mane olub, hətta hakimiyyət dəyişikliyi həyata keçiriblər və bununla bağlı Ermənistan parlamentində bir-birini təbrik ediblər, halbuki bunun əksinə qiymətləndirmələr və xəbərdarlıqlar olub.

“Cəmi bir həftə sonra baş verən hadisələr baş verdi. Qarabağda etdiklərini sonradan Ermənistanda etmək istəyirlər. Həmin şəxslərin bir hissəsi Ermənistanın hakim dairələrinin və siyasi qüvvələrinin nümayəndələri idi və sözün əsl mənasında Qarabağdan qaçdılar. Üstəlik, məni ittiham edirdilər ki, guya sərhədləri bağlamışıq və insanların çıxmasına imkan vermirik. Mən o vaxt “Qarabağ nümayəndələri”nə xəbərdarlıq etmişdim ki, əgər çıxsanız, bilin ki, artıq geri qayıtmaq imkanı olmayacaq”, – deyə Paşinyan əlavə edib.

Zərintac Mayisqızı
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600