• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
1.6° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kofe içərkən yol verdiyimiz səhvlər - Mütəxəssis xəbərdarlığı

26 Mart, 26 / 13:26
A A

Son illərdə kofe gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilərək xüsusilə gənclər arasında geniş yayılıb. Lakin onun düzgün istifadə edilməməsi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Məsələylə bağlı Zefer.media – ya açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova kofenin insan orqanizmi üçün həm xeyrinin, həm də ziyanlarının olduğunu qeyd edib :

” Ümumiyyətlə, kofenin insan orqanizmi üçün faydaları olduğu kimi, zərərləri də mövcuddur və xüsusilə düzgün istifadə edilmədikdə bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Bu problemlərə mədə xəstəlikləri, qastrit, xora, mədədə turşuluğun artması və orqanizmin kafeinlə zəhərlənməsi kimi hallar daxildir.

Əslində, genetik baxımdan orqanizmimizin kofeni qəbul edib tam şəkildə həzm etməyə uyğun olmadığı qeyd olunur. Çünki kofe Azərbaycanda nisbətən son dövrlərdə dəb halını alaraq reklamlar və filmlər vasitəsilə gündəlik həyatımıza daha çox daxil olmuşdur. Buna baxmayaraq, bir çox insan səhərlər acqarına və ya gün ərzində həddindən artıq miqdarda kofe qəbul edir ki, bu da birmənalı şəkildə orqanizm üçün zərərlidir.

Kofe qəbul ediləcəksə, onun miqdarına diqqət yetirilməlidir. Ümumiyyətlə, gün ərzində bir-iki fincandan artıq içilməsi tövsiyə olunmur və bu miqdar təxminən 200 milliqram kafeini keçməməlidir. Lakin bəzi hallarda insanlar böyük fincanlarda bir dəfəyə bu miqdarı qəbul edir və hətta daha da artırırlar ki, bu da sağlamlıq üçün təhlükəlidir. Xüsusilə acqarına kofe içilməsi qətiyyən məsləhət görülmür. Bu hal orqanizmdə kafein təsirinin artmasına, qanda şəkər balansının pozulmasına səbəb olur. Nəticədə insan qısa müddətlik enerji hiss etsə də, sonradan yorğunluq, yuxu rejiminin pozulması və diqqət azalması kimi hallar müşahidə olunur”.

Mütəxəssis, kofeyə əlavə edilən qatqılara fikir verməyin vacibliyini vurğulayıb: “Kofe qəbul edilərkən əlavə edilən qatqı maddələrinə də diqqət yetirilməlidir. Müxtəlif aromatizatorlar, dadlandırıcılar, şokolad və kremlər əlavə edildikdə, qəbul olunan kalori miqdarı artır və bu da həzm sisteminə əlavə yük yaradır. Davamlı olaraq kofe istifadə edən şəxslərdə bağırsaq mikroflorasının pozulması, ishal və müəyyən müddətdən sonra ishal ilə qəbizliyin növbələşməsi kimi problemlər yarana bilər. Bu isə bağırsağın hərəkətliliyinin pozulmasına gətirib çıxarır.

Digər vacib məqam isə maye balansıdır. Kofe qəbul edilərkən gün ərzində kifayət qədər su içilməsi təmin olunmalıdır. Tövsiyə olunur ki, bir fincan kofeyə qarşılıq olaraq ən azı iki fincan su qəbul edilsin. Kofe üçün ən uyğun vaxt isə səhər yeməyi ilə növbəti qida qəbulu arasındakı ara dövrdür.

Bundan əlavə, kofe ilə birlikdə bəzi qidaların qəbulundan çəkinmək lazımdır. Xüsusilə kalsium tərkibli məhsullar bu sıraya daxildir. Çünki kofenin həddindən artıq istifadəsi orqanizmdə vitamin və mineral səviyyəsinin azalmasına səbəb olur. Bu zaman südlə birlikdə qəbul edildikdə müəyyən reaksiyalar baş verə və bu da orqanizm üçün zərərli təsirlər yarada bilər”.

Sonda M.Hüseynova bildirib ki, qeyd olunan məqamlara diqqət yetirmək kofenin mənfi təsirlərinin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Maqazin

"Siz heç kimə lazım deyilsiniz" - Tarix Əliyev həmkarlarına söz atdı 

May 2, 2026
Cəmiyyət

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

May 1, 2026
Banner

Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

May 1, 2026
Cəmiyyət

Uşağa doğru ad seçimi necə edilməlidir? - AÇIQLAMA

May 1, 2026
Cəmiyyət

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub

May 1, 2026
Cəmiyyət

Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

May 1, 2026

XƏBƏR LENTİ

Ukrayna hücumlara qarşı müdafiəni gücləndirir - Zelenski 

02 May, 26 / 0:29

Dəməşqdə baş verən partlayışda tanınmış alim həlak olub

02 May, 26 / 0:23

Maykl Ceksonun əşyaları satışda

02 May, 26 / 0:14

"Siz heç kimə lazım deyilsiniz" - Tarix Əliyev həmkarlarına söz atdı 

02 May, 26 / 0:11

İranın ali rəhbəri tərəfindən bəyanat yayıldı

02 May, 26 / 0:04

İranda etirazçılar Xameneyinin banerinə od vurdular

02 May, 26 / 0:02

Ağdamda ağır qəza: ölənlərin və yaralıların kimliyi bilindi

01 May, 26 / 23:59

Tramp İranla müharibənin bitdiyini AÇIQLADI

01 May, 26 / 23:43

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

01 May, 26 / 22:03

Netanyahu xərçəngə bu yolla qalib gəldiyini açıqladı

01 May, 26 / 21:48

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.