• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7.7° Weather Columbus
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Kirayə mənzil çətinliyi və qiymət artımı: Səbəblər nədir? - AÇIQLAMA

17 Mart, 26 / 18:10
A A

Son illərdə kirayə mənzil bazarında müşahidə olunan qiymət artımı, xüsusilə tələbələr və aztəminatlı ailələr üçün ciddi sosial problemlərdən birinə çevrilib. Regionlardan böyük şəhərlərə üz tutan və müvəqqəti yaşayışa ehtiyac duyan şəxslər üçün münasib qiymətə mənzil tapmaq getdikcə çətinləşir. Mövcud vəziyyət, həm bazarda təklifin məhdudluğu, həm də bəzi hallarda müşahidə olunan sui-istifadə halları ilə daha da kəskinləşir.

Məsələ ilə bağlı Zefer.media-ya açıqlama verən əmlak eksperti Elnur Azadov bu mövzunun hər zaman aktuallığını qoruyan problemlərdən olduğunu qeyd edib:

“Bu, olduqca aktual məsələdir. Əslində, bu problem daha çox tələbələrə və həssas təbəqə hesab olunan aztəminatlı ailələrə, həmçinin regionlardan böyük şəhərlərə müvəqqəti yaşamaq üçün gələn şəxslərə ciddi təsir göstərir. Qiymətlərin ildən-ilə artması və ümumilikdə normadan yüksək olması qeyd olunan vətəndaş qruplarına daha ağır təsir edir.

Bundan əlavə, bəzi əmlak sahibləri tərəfindən sui-istifadə halları da müşahidə olunur. Belə ki, onlar kirayə qiymətlərini qeyri-adekvat şəkildə artırır, bazar dəyərindən xeyli yüksək məbləğlər təyin edirlər. Bəzi hallarda isə mənzillər müqaviləsiz şəkildə kirayəyə verilir. Müəyyən müddət keçdikdən sonra isə bilərəkdən qiymətin artırılması tələb olunur və kirayə haqqı yüksəldilir. Nəticədə vətəndaşlar bundan ciddi şəkildə əziyyət çəkirlər və bu cür hallarla üzləşənlərin sayı kifayət qədər çoxdur.

Bu problem xüsusilə Bakı, Sumqayıt, Xırdalan və Gəncə kimi böyük şəhərlərdə daha qabarıq şəkildə özünü göstərir. Ən böyük yük isə paytaxt Bakının üzərinə düşür. Çünki məhz Bakı şəhərinə üz tutan tələbələrin sayı olduqca çoxdur. Təxmini hesablamalara görə, Bakıda təhsil alan tələbələrin 30-40 faizə yaxın hissəsi kirayə mənzillərdə yaşayır ki, bu da kifayət qədər böyük göstəricidir.

Yataqxanalar məsələsinə gəldikdə isə, onların sayı olduqca azdır və mövcud yataqxanalar ehtiyacın cəmi 10-15 faizini qarşılaya bilir. Üstəlik, bütün ali təhsil müəssisələrində yataqxanalar mövcud deyil və olanlar da tələbələrin tələbatını tam ödəmək imkanına malik deyil”.

Ekspert, xüsusilə avqust–sentyabr aylarında qiymət artımının daha da intensiv xarakter aldığını vurğulayıb:

“Hər il avqust-sentyabr aylarında kirayə bazarında qiymət artımı daha da kəskinləşir və bu artım təxminən 20-25 faiz, bəzi hallarda isə 30 faizə qədər yüksəlir. Təkliflərin məhdud olması da vəziyyəti daha da çətinləşdirir. Bu dövrdə bəzi əmlak sahibləri mövcud vəziyyətdən istifadə edərək mənzillərini daha yüksək qiymətə kirayəyə verməyə çalışırlar. Ümumilikdə isə il ərzində kirayə bazarında ən azı 15 faiz qiymət artımı müşahidə olunur.

Problemin həlli ilə bağlı müəyyən təşəbbüslər də irəli sürülmüşdür. Təxminən bir il əvvəl Təhsil Nazirliyinin nümayəndələrindən biri yataqxanalara investisiya cəlb olunması məsələsini gündəmə gətirmişdi. Təklif ondan ibarət idi ki, ölkəyə xarici investorlar cəlb edilsin və onların iştirakı ilə yeni yataqxanalar inşa olunsun. Lakin təqdim olunan layihə investisiya baxımından kifayət qədər cəlbedici hesab olunmurdu”.

Sonda E.Azadov Azərbaycandan fərqli olaraq digər ölkələrdə bu məsələyə başqa mövqedən yanaşıldığını bildirib:

“Bununla belə, bir çox xarici ölkələrdə bu sahədə fərqli yanaşma mövcuddur. Belə ki, özəl təşkilatlar bu sahəyə investisiya yatırır, yataqxanalar inşa edir və onları öz idarəçiliyində saxlayır. Bu modelin ölkəmizdə də tətbiqi mümkündür. Əgər bu sahəyə kifayət qədər investisiya yönəldilərsə, həm vətəndaşların mənzil təminatı yaxşılaşar, həm də kirayə qiymətlərində müəyyən sabitlik yarana bilər”.

Pərvin

Bənzər Xəbərlər

Manşet

Yuriy Kamayev “Şöhrət” ordeni ilə təltif edilib

Aprel 30, 2026
Manşet

Ukraynanın İrpen şəhər Şurası Prezident İlham Əliyevi fəxri vətəndaş elan edib

Aprel 30, 2026
Cəmiyyət

AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub

Aprel 30, 2026
Manşet

"Seçkilər yaxınlaşdıqca, Paşinyana müxalif olanlar Azərbaycanla sülhün əleyhinə olduqlarını gizlətmirlər" - Politoloq

Aprel 30, 2026
Cəmiyyət

142 nömrəli marşrutun avtobusları yenilənir

Aprel 30, 2026
Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

Aprel 30, 2026

XƏBƏR LENTİ

Yuriy Kamayev “Şöhrət” ordeni ilə təltif edilib

30 Aprel, 26 / 17:03

Beynəlxalq forumun iştirakçıları “ASAN xidmət”də

30 Aprel, 26 / 17:02

Ukraynanın İrpen şəhər Şurası Prezident İlham Əliyevi fəxri vətəndaş elan edib

30 Aprel, 26 / 17:01

WUF13 öncəsi Bakıda hotellər üçün xüsusi hazırlıq proqramı təşkil olunub

30 Aprel, 26 / 16:57

Livanın cənub kəndləri yerlə yeksan edilir

30 Aprel, 26 / 16:55

İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

30 Aprel, 26 / 16:12

AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub

30 Aprel, 26 / 16:02

İranlı admiraldan Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq

30 Aprel, 26 / 15:59

Paşinyan İrəvanda Zelenskini gözləyir

30 Aprel, 26 / 15:57

Rusiyada mədən çökdü: dağıntılar altında insanlar var

30 Aprel, 26 / 15:52

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.