Dünya

Yaponiyanın yeni qərarı: Strateji neft ehtiyatları bazara çıxarılır

16 Mart 2026, 12:004
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Yaponiya strateji neft ehtiyatlarının bir hissəsini bazara buraxmağı planlaşdırdığını açıqlayıb. Bu qərar Beynəlxalq Enerji Agentliyinin Asiya və Okeaniya regionunda ehtiyatların buraxılmasına digər bölgələrlə müqayisədə daha tez başlanacağı ilə bağlı açıqlamasından sonra gündəmə gəlib.

Zefer.media xəbər verir ki, Yaponiyanın rəsmi hökumət bülletenində ölkənin neft ehtiyatlarının səviyyəsinin azaldığı qeyd olunub.

Bildirişin dərc edilməsi strateji ehtiyatların idarə olunmasına cavabdeh qurumların yeni standartlara uyğunlaşmaq üçün ehtiyatların bir hissəsini bazara çıxarmasını nəzərdə tutur.

Məlumata görə, Yaponiyanın strateji neft ehtiyatları dünyada ən böyük ehtiyatlar sırasına daxildir və dekabr ayına olan məlumata əsasən 400 milyon bareldən çoxdur.

Hazırda ölkənin mövcud ehtiyatları daxili neft istehlakını təxminən 254 gün ərzində qarşılaya biləcək səviyyədə qiymətləndirilir.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600