İsrailin baş naziri Benyamin Netanyahu bu gün keçirdiyi mətbuat konfransında İran xalqına deyib ki, onların azadlıq əldə edəcəkləri an yaxınlaşır.
Zefer.media xəbər verir ki bu barədə “Times of Israel” qəzeti yazıb.
“ABŞ-İsrailin davam edən bombardman kampaniyası vasitəsilə İran rejiminin raket və nüvə imkanlarını məhv etməyə çalışmaqdan əlavə, biz başqa bir məqsədə nail olmaq üçün çalışırıq. İran xalqına əlli ilə yaxındır onlara zülm edən qəddar, tiran rejimi devirməyə imkan verəcək şərait yaratmaq…
Biz İslam İnqilabı Keşikçiləri Korpusuna, onların bazalarına, küçə qüvvələrinə, nəzarət-buraxılış məntəqələrinə sarsıdıcı zərbələr vururuq və qarşıda daha çox şey gözləyir. İran xalqına müraciət edirəm: azadlığa doğru yeni yola çıxa biləcəyiniz an yaxınlaşır. Biz sizə kömək edirik. Ancaq sonda hər şey sizdən asılıdır. Hər şey sizin əlinizdədir”, – İsrailin baş naziri bəyan edib.
Yeganə

















