Siyasət

Biz artıq Ermənistanla ticarətə başlamışıq – Prezident

11 Mart 2026, 20:161
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Biz cəmi yeddi aydır sülh şəraitində yaşayırıq.

Zefer.media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatında bildirib.

“Müstəqillik 1991-ci ildə əldə olunub və yalnız son yeddi ay ərzində sülh dövrü yaşanır. Mən əminəm ki, sülh davam edəcək. Biz artıq ticarətə başlamışıq və Ermənistana mühüm neft məhsullarının tədarükünə start vermişik. Bu isə bir daha güclü siyasi iradəmizin nümayişidir. Düşünürəm ki, bu, hər iki tərəfin sağlam münasibətlər qurmaq və sülhə sadiq qalmaq niyyətinin ən yaxşı göstəricisidir. Buna görə də gündəliyimizin əsas mövzusu regionda təhlükəsizlik məsələlərinin müzakirəsidir”, – dövlət başçısı vurğulayıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600