Münaqişənin ilk günlərində İran Rusiyanın cənubunu və bütün Yaxın Şərqi izləyən Amerika hərbi stansiyasını məhv edib.
Zefer.media xəbər verir ki, bunu “Safir” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Aleksey Boqatırev “İzvestiya” Beynəlxalq İnformasiya Mərkəzinin “İran-ABŞ münaqişəsi: regional eskalasiya riskləri və Rusiyanın Yaxın Şərqdəki maraqları üçün nəticələr” adlı dəyirmi masada çıxışı zamanı deyib.
“Münaqişənin ilk günlərində İran 2025-ci ildəki son münaqişə zamanı ehtiyat etdiyi radar qübbəsini nümayişkaranə şəkildə məhv etdi. Təxminən altı belə radar var və bu, həm Rusiyada, həm də Çində Yaxın Şərqdə baş verənlər barədə məlumatlılığı kəskin şəkildə azaldıb”, – analitik qeyd edib.
Boqatırev həmçinin vurğulayıb ki, həm İran, həm ABŞ, həm də İsrail tam gücü ilə müharibə aparır və hazırda gərginliyi azaltmağa və münaqişəni həll etməyə hazır deyillər.
Yeganə

















