• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.2° Weather Columbus
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycanın suverenliyinə uzanan əl qırılacaq!!!

05 Mart, 26 / 16:27
A A

Cənubi Qafqaz regionunda son dövrlərdə səsləndirilən bəzi təhdid xarakterli bəyanatlar sabitliyə ciddi təhlükə yaradır. Xüsusilə İran tərəfindən bu gün Naxçıvandakı bir sıra starateji və mülki infrasturuktur nöqtələrinə dron hücumları, Azərbaycana qarşı səsləndirilən sərt ritorika regionda gərginliyi artıran və qəbuledilməz yanaşmadır. Bu cür açıqlamalar yalnız siyasi məsuliyyətsizlik deyil, eyni zamanda regional sabitliyə qarşı açıq təhdiddir.

Azərbaycan müstəqil, güclü və qətiyyətli dövlətdir. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü heç bir halda müzakirə mövzusu ola bilməz. Azərbaycanın təhlükəsizliyinə qarşı yönələn hər hansı addım cavabsız qalmayacaq və adekvat şəkildə qarşılanacaq.

Bu kontekstdə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası xüsusi strateji əhəmiyyətə malikdir. Naxçıvan təkcə coğrafi baxımdan deyil, həm də tarixi və siyasi baxımdan Azərbaycan dövlətçiliyinin mühüm dayaqlarından biridir. Naxçıvana qarşı yönələcək istənilən hərbi təhdid və ya hücum Azərbaycanın bütövlüyünə qarşı açıq təcavüz kimi qiymətləndiriləcək və ən sərt şəkildə cavablandırılacaq.

Azərbaycan artıq regionda güclü hərbi potensiala və modern ordunun imkanlarına sahibdir. Ordunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi və strateji hazırlıq səviyyəsi göstərir ki, ölkə öz təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir. Bu siyasətin əsas istiqamətlərindən biri də dövlət başçısı İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb: Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü qırmızı xətdir.

Tarix göstərib ki, Azərbaycan xalqı təhdid və təzyiq qarşısında geri çəkilən xalq deyil. Əksinə, dövlətə və torpağa qarşı yönələn hər hansı təhlükə cəmiyyətin daha da sıx birləşməsinə səbəb olur.

Bu gün də Azərbaycan xalqı və dövləti öz suverenliyini qorumaq üçün tam hazırdır.

Regionda sülh və sabitlik istəyən hər kəs bir həqiqəti anlamalıdır: Azərbaycana və onun ayrılmaz hissəsi olan Naxçıvana qarşı atılacaq istənilən hərbi addım yalnız böyük səhv deyil, həm də çox ağır nəticələr doğura biləcək təhlükəli avantüradır.

Muxtar Nağıyev

Yeni Azərbaycan Partiyasının Səbail rayon üzrə sədri

Bənzər Xəbərlər

Gündəm

XTQ-nin yaradılması günü münasibətilə silsilə tədbirlər keçirilib

Aprel 30, 2026
Gündəm

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

Aprel 30, 2026
Gündəm

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə birincilik start götürüb

Aprel 30, 2026
Dünya

Xameneyidən Hörmüz mesajı: “Yeni bir fəsil yazılır”

Aprel 30, 2026
Dünya

Pezeşkian: İranın dəniz blokadası uğursuzluğa məhkumdur

Aprel 30, 2026
Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

Aprel 30, 2026

XƏBƏR LENTİ

Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq

30 Aprel, 26 / 23:29

ABŞ İranın  təxminən 500 milyon dollar dəyərində aktivlərini ələ keçirib

30 Aprel, 26 / 23:25

Pentaqon İrana qarşı müharibə üçün 200 milyard dollar tələb etmək niyyəti ilə bağlı məlumatları təkzib edib

30 Aprel, 26 / 21:48

İranın nüvə enerjisinə olan hüququ ABŞ ilə danışıqların bərpası üçün əsas şərt olacaq

30 Aprel, 26 / 21:42

Rusiyada ardıcıl hücumlar: Strateji hədəflərə zərbələr endirildi

30 Aprel, 26 / 20:38

Aİ müdafiə xərclərini sürətlə artırır

30 Aprel, 26 / 20:31

İranın xarici işlər naziri və Livan Parlamentinin sədri arasında telefon danışığı olub

30 Aprel, 26 / 20:27

“Şuşa” deyərək, irəli gedirdik… - Keçmiş xüsusi təyinatlılar xatirələrini bölüşüblər

30 Aprel, 26 / 19:05

Tramp Almaniya kanslerinə İrana deyil, Ukraynaya diqqət yetirməyi məsləhət gördü

30 Aprel, 26 / 18:58

XTQ-nin yaradılması günü münasibətilə silsilə tədbirlər keçirilib

30 Aprel, 26 / 18:11

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.