• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
9.1° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Prezidentin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

27 Fevral, 26 / 15:31
A A

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü oldu.

Zefer.media xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, bizi ziyarət edirsiniz. Bizim elə indicə cənab Baş nazirlə çox yaxşı söhbətimiz oldu və biz tərəfdaşlığımızın bir çox vacib sahələrini əhatə etdik. Mən cənab Baş nazirə bu yaxınlarda Efiopiyaya səfər etmiş qızım Leylaya göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı ifadə etdim. Bu səfər ona yaxşı, böyük təəssürat bağışladı. Yeri gəlmişkən, o, ilk dəfədir ki, nümayəndə heyətlərinin görüşündə iştirak edir və bu, onun Sizin ölkənizə, Sizin xalqınıza olan çox xüsusi münasibəti ilə bağlıdır. Mən Sizi bütün nailiyyətləriniz münasibətilə təbrik etmək istəyirəm.

Sizin rəhbərliyinizlə Efiopiya uğurla inkişaf edir, beynəlxalq birliyin vacib bir üzvüdür və iqtisadiyyatınız da artır. Əlbəttə ki, biz ikitərəfli münasibətlərimizin siyasi və iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət sahələrində gücləndirilməsində çox maraqlıyıq. Bir sözlə, əminəm ki, bu səfər bizim gələcək uğurlu əməkdaşlığımız üçün vacib amil olacaq və ölkələrimizə, xalqlarımıza çox yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz.

x x x

Sonra Baş nazir Abiy Əhməd Əli çıxış edərək dedi: Cənab Prezident, əziz Qardaşım. Gözəl ölkənizdə olmaqdan məmnunam və şərəf hissi duyuram. Bakı gözlədiyimdən qat-qat təmiz və gözəl şəhərdir. Bu isə ölkə rəhbərliyinin buna sadiqliyini və yanaşmasını göstərir. Bu, məni çox sevindirir. Həmçinin Sizi təbrik etmək istərdim ki, dostlarınızın hamısı Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər. Gözəl ölkənizlə münasibətlərimiz, qeyd etdiyiniz kimi, hələ sadəcə başlayır. Bununla belə, biz bu münasibətlərin strukturlaşmış, əməli və aydın nəticələrə yönəlmiş olmasını istəyirik.

İki ölkə arasında çoxlu ortaq maraqlar var. İkimiz arasında, həmçinin çox uzlaşma mövcuddur. İndicə başladığımızla yanaşı, ümid edirəm ki, növbəti bir neçə ildə bizim birlikdə sərmayə yatıracağımız vacib sahələr olacaq və beləliklə, hər iki ölkə üçün fərq yaradacağıq.

Leylaya gəldikdə, mən dostlarla ünsiyyət qura bilən və möhkəm bünövrə əsasında münasibətlər yaratmağı bacaran belə təcrübəli qızınızın olduğu üçün Sizi təbrik etmək istəyirəm. Əminəm ki, növbəti səfərdə o, ölkəmizin bəzi bölgələrini görəcək və mən də komandamı, ailəmi Azərbaycanla tanış olmaq və münasibətlərimizi gücləndirmək üçün göndərəcəyəm.

Müzakirə edəcəyimiz çox sahələr var. Sizinlə çox məhsuldar və səmimi müzakirəmiz oldu. Bu məsələlərin bəzilərinin müzakirəsini burada davam etdirə bilərik. Ümumiyyətlə, mən gözəl ölkənizə səfər etməkdən çox şadam. Artıq çox böyük marağım yaranıb. Mən daha çox bilməyi, öyrənməyi və bir çox sahələrdə Sizinlə işləməyi səmimiyyətlə arzulayıram. Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

x x x

Söhbət zamanı Azərbaycanla Efiopiya arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu. Həmçinin kənd təsərrüfatı, mədən sənayesi, enerji, energetika, rəqəmsal transformasiya, süni intellekt sahələrində birgə kadr hazırlığı, turizm, mədəniyyət, təhsil, o cümlədən tələbə mübadiləsinin həyata keçirilməsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Görüşdə, eyni zamanda, Efiopiyada “ASAN xidmət” konsepsiyası əsasında mərkəzlərin uğurla fəaliyyət göstərməsi, həmçinin “DOST” təcrübəsinin tətbiqi ilə bağlı müzakirələrin aparıldığı qeyd edildi.

x x x

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos “Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Qeyd edək ki, Efiopiyanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu” və “Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC ilə Efiopiya Yayım Korporasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.

***

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü oldu.

Zefer.media xəbər verir ki, sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos “Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Qeyd edək ki, Efiopiyanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu” və “Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC ilə Efiopiya Yayım Korporasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.

Prezidentin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb - YENİLƏNİB Prezidentin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb - YENİLƏNİB Prezidentin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb - YENİLƏNİB Prezidentin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb - YENİLƏNİB Prezidentin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb - YENİLƏNİB Prezidentin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb - YENİLƏNİB

Bənzər Xəbərlər

Siyasət

Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir

May 2, 2026
Siyasət

“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb

May 2, 2026
Dünya

İranın xarici işlər naziri və Livan Parlamentinin sədri arasında telefon danışığı olub

Aprel 30, 2026
Dünya

Tramp Almaniya kanslerinə İrana deyil, Ukraynaya diqqət yetirməyi məsləhət gördü

Aprel 30, 2026
Manşet

Dövlət başçısı: "Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm"

Aprel 30, 2026
Manşet

Yuriy Kamayev “Şöhrət” ordeni ilə təltif edilib

Aprel 30, 2026

XƏBƏR LENTİ

Göygöldə toyda iki qardaş bıçaqlanıb

02 May, 26 / 21:14

Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir

02 May, 26 / 21:11

Azərbaycanın qastronomiya irsi və turizm potensialı beynəlxalq festivalda təqdim olunur

02 May, 26 / 20:41

"EFES - 2026” təliminin hazırlıq məşqləri uğurla davam edir - VİDEO

02 May, 26 / 15:55

“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb

02 May, 26 / 15:45

2026-cı ilin ilk rübündə Türkiyəyə 9,2 milyon xarici turist səfər edib

02 May, 26 / 15:39

Ukrayna hücumlara qarşı müdafiəni gücləndirir - Zelenski 

02 May, 26 / 0:29

Dəməşqdə baş verən partlayışda tanınmış alim həlak olub

02 May, 26 / 0:23

Maykl Ceksonun əşyaları satışda

02 May, 26 / 0:14

"Siz heç kimə lazım deyilsiniz" - Tarix Əliyev həmkarlarına söz atdı 

02 May, 26 / 0:11

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.