Dünya

Türkiyənin Somalidə S-400-dən istifadə etmək planı yoxdur

26 Fevral 2026, 14:451
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyə Müdafiə Nazirliyi respublikanın Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin Somalidə istifadəsi planları ilə bağlı iddiaları təkzib edib.

Zefer.media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

“Əvvəlcə də qeyd etdiyimiz kimi, S-400 hava hücumundan müdafiə sistemləri Türkiyə Silahlı Qüvvələrinin əməliyyat ehtiyaclarına uyğun olaraq alınıb və döyüşə hazır vəziyyətdədir. Somalidə S-400 hava hücumundan müdafiə sistemlərinin istifadəsi nəzərdə tutulmur.

Bəzi media orqanlarında və sosial mediada vaxtaşırı S-400 ilə bağlı spekulyasiyalar yer alır. Bizim bəyanatlarımızla dəstəklənməyən iddia və şərhlərə etibar etməmək vacibdir”, – Türkiyə Müdafiə Nazirliyi qeyd edib.

Nazirlik əlavə edib ki, Türkiyə ikitərəfli razılaşmalar əsasında Somaliyə hərbi yardım göstərməkdə davam edir:

“Somali ilə ölkəmiz arasında imzalanmış müqavilələrə əsasən, biz bu ölkənin silahlı qüvvələrinin strukturlaşdırılmasına, terrorizmlə mübarizəyə, iqtisadi resurslarının təhlükəsizliyinin təmin edilməsinə və milli maraqlarının qorunmasına dəstəyimizi davam etdiririk”, – nazirlik bildirib.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600