“Macarıstan öz enerji obyektlərinin Ukraynadan mümkün hücumlardan hərbi mühafizəsini təmin edəcək”.
Zefer.media xəbər verir ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban ölkənin Müdafiə Şurasının iclasından sonra bildirib.
O, qeyd edib ki, Ukraynanın Macarıstanın enerji təhlükəsizliyinə xələl gətirmək cəhdlərinə cavab olaraq, o, vacib enerji infrastrukturunun mühafizəsinin gücləndirilməsini əmr edib. Bu, o deməkdir ki, hərbi birləşmələr və hücumları dəf etmək üçün lazım olan resurslar mühüm enerji obyektlərinin yaxınlığında yerləşdiriləcək.
“Polis müəyyən elektrik stansiyaları, paylayıcı stansiyalar və idarəetmə mərkəzlərinin yaxınlığında gücləndirilmiş patrul xidməti həyata keçirəcək. Ölkənin şimal-şərqində pilotsuz təyyarələrin uçuşu qadağan edilib”, – deyə Orban bildirib.
Yeganə

















