Rusiya orta mənzilli Tu-214 təyyarəsinin sertifikatlaşdırılmasını başa çatdırıb və istehsalına başlayır.
Zefer.media xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin Dövlət Dumasına məruzəsi zamanı bildirib.
“Biz təyyarə istehsalı sahəsində səriştələrimizi bərpa etməyə davam etdik. İl ərzində mütəxəssislər qabaqcıl yerli həllər və materiallar əsasında təyyarələrin intensiv sınaqlarını keçirdilər. Dekabrda Tu-214 orta məsafəli təyyarənin sertifikatlaşdırılmasını başa çatdırdıq. İndi isə onu istehsala buraxırıq”, -Mişustin qeyd edib.
Mişustin digər mühüm aviasiya sənayesi layihələri arasında yerli istehsal olunmuş qısa və orta məsafəli sərnişin təyyarəsi MS-21, yenilənmiş SJ-100, İl-114 regional təyyarəsi və ilk uçuşunu uğurla başa vuran Rusiya mühərrikli “Baykal” yüngül çoxməqsədli təyyarəsini qeyd edib.
“Biz eyni zamanda pilotsuz uçuş sistemlərini inkişaf etdirirdik. Onların sınaqdan keçirilməsi və təcrübənin dərinləşdirilməsi üçün infrastruktur artıq regionların təxminən üçdə birində yerləşdirilib”, – baş nazir qeyd edib.
Yeganə

















