• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Azərbaycan və İran arasında əməkdaşlıq memorandumu imzalandı – FOTO

23 Fevral, 26 / 20:23
A A

Fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib.

Nazirlər Kabinetindən Zefer.media-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri əsasında qurulduğu, ikitərəfli əlaqələrin dinamikasının iki ölkə rəhbərlərinin siyasi iradəsinə əsaslandığı və bütün sahələri əhatə etdiyi xüsusilə vurğulanıb.

İclasda Azərbaycan ilə İran arasında ticarət-iqtisadi, nəqliyyat, energetika, su, humanitar və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı müzakirə edilib.

Baş nazirin müavini Şahin Mustafayev çıxışında qeyd edib ki, Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur. Sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.

Eyni zamanda, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas elementi hesab edilən Rəşt-Astara dəmir yolu xəttinin tikintisi geniş müzakirə olunub.

Bildirilib ki, bu xəttin istifadəyə verilməsi Şimal-Cənub istiqamətində daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq və çatdırılma müddətini qısaldacaq. Həmçinin iki ölkənin birgə həyata keçirdiyi, xüsusilə də regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsinə, eləcə də enerji dayanıqlılığının təmin edilməsinə yönələn layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

İclasın yekununda həmsədrlər tərəfindən Komissiyanın iclasının nəticələrinə dair Anlaşma Memorandumu imzalanıb.

Bənzər Xəbərlər

Siyasət

Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir

May 2, 2026
Siyasət

“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb

May 2, 2026
Dünya

İranın xarici işlər naziri və Livan Parlamentinin sədri arasında telefon danışığı olub

Aprel 30, 2026
Dünya

Tramp Almaniya kanslerinə İrana deyil, Ukraynaya diqqət yetirməyi məsləhət gördü

Aprel 30, 2026
Manşet

Dövlət başçısı: "Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm"

Aprel 30, 2026
Manşet

Yuriy Kamayev “Şöhrət” ordeni ilə təltif edilib

Aprel 30, 2026

XƏBƏR LENTİ

Göygöldə toyda iki qardaş bıçaqlanıb

02 May, 26 / 21:14

Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir

02 May, 26 / 21:11

Azərbaycanın qastronomiya irsi və turizm potensialı beynəlxalq festivalda təqdim olunur

02 May, 26 / 20:41

"EFES - 2026” təliminin hazırlıq məşqləri uğurla davam edir - VİDEO

02 May, 26 / 15:55

“TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimi başa çatıb

02 May, 26 / 15:45

2026-cı ilin ilk rübündə Türkiyəyə 9,2 milyon xarici turist səfər edib

02 May, 26 / 15:39

Ukrayna hücumlara qarşı müdafiəni gücləndirir - Zelenski 

02 May, 26 / 0:29

Dəməşqdə baş verən partlayışda tanınmış alim həlak olub

02 May, 26 / 0:23

Maykl Ceksonun əşyaları satışda

02 May, 26 / 0:14

"Siz heç kimə lazım deyilsiniz" - Tarix Əliyev həmkarlarına söz atdı 

02 May, 26 / 0:11

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.