• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.8° Weather Columbus
$
1.7
€
1.9564
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Ombudsmandan Xocalı soyqrımının ildönümü ilə bağlı BƏYANAT

23 Fevral, 26 / 15:04
A A

Ombudsman Xocalı soyqrımının ildönümü ilə bağlı bəyanat yayıb.

Bu barədə Zefer.media-ya Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, 26 fevral 1992-ci il tarixində Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla, ümumilikdə 613 nəfər dinc və silahsız mülki əhalinin etnik mənsubiyyətinə görə məqsədli şəkildə, ağır işgəncələrə məruz qalaraq qətlə yetirilməsindən 34 il ötür.

“Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərində məhz etnik azərbaycanlı olduqlarına görə mülki əhalinin amansızcasına qətlə yetirilməsi Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur.

Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirmiş, habelə 68-i qadın, 26-sı uşaq olmaqla 1275 nəfər girov götürülmüş, ağır müharibə cinayətləri törədilmişdir.

Soyqırımı cinayətinin əlamətlərini özündə ehtiva edən bu ağır cinayət əməli bəşər tarixinin ən faciəvi səhifələrindən biri olmaqla, fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Əvvəlcədən planlaşdırılmış bu cinayətlər etnik azərbaycanlıları milli əlamətlərinə görə qətlə yetirmək, onları tarixən yaşadıqları torpaqlardan zorla didərgin salmaq, əhali arasında qorxu və vahimə yaratmaq məqsədi daşımışdır.

Xocalı soyqırımı törədilən zaman beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq normaları, o cümlədən “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “Uşaq hüquqları haqqında”, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, həmçinin “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulmuşdur.

Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bu soyqırımı hadisəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılması və ədalətin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Vətən müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Xocalı şəhərində yenidənqurma işləri sürətlə aparılır, sakinlər öz doğma torpaqlarına qayıdırlar.

Həmin ərazilərdə aparılan bərpa və quruculuq işləri zamanı kütləvi məzarlıqlar aşkar edilmiş, işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqları tapılaraq identifikasiya edilmiş və dəfn olunmuşdur. Bu faktlar Xocalı soyqırımının və törədilmiş ağır müharibə cinayətlərinin danılmaz və təkzibedilməz sübutlarıdır.

Xocalı soyqırımında və xalqımıza qarşı törədilən cinayətlərdə iştirak edən bir sıra şəxslər lokal xarakterli antiterror əməliyyatından sonra həyata keçirilən tədbirlər zamanı tutulmuş və artıq onlar beynəlxalq hüquq normaları nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində mühakimə olunurlar.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini XX əsrin ən qanlı qətliamlarından biri sayılan bu soyqırımı cinayətinə hüquqi qiymət verilməsi, dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslərin hamısının ədalət mühakiməsinə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmağa dəvət edirəm”, – bəyanatda qeyd olunub.

Bənzər Xəbərlər

Siyasət

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

İyul 31, 2026
Dünya

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

İyul 31, 2026
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İyul 31, 2026
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

İyul 31, 2026

XƏBƏR LENTİ

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

31 İyul, 26 / 18:53

150 balla qəbul mümkün olan ixtisaslar – Rəsmi

31 İyul, 26 / 16:41

Baş nazir sərəncam imzaladı

31 İyul, 26 / 16:38

Mərakeşdən İspaniyaya miqrant axını davam edir

31 İyul, 26 / 16:35

ABŞ və İsrail İrana qarşı mümkün quru blokadasını müzakirə edir

31 İyul, 26 / 16:26

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

31 İyul, 26 / 16:07

Yeni müttəfiqlik mərhələsi: Azərbaycan və Qırğızıstanı hansı imkanlar gözləyir? – ŞƏRH

31 İyul, 26 / 15:31

Çin milli müdafiə və silahlı qüvvələrini modernləşdirməyi planlaşdırır

31 İyul, 26 / 14:21

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

31 İyul, 26 / 14:17

SEPAH: “Hörmüz boğazında iki tanker vurularaq saxlanılıb”

31 İyul, 26 / 14:13

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.