Siyasət

İlham Əliyev Bruney Sultanını təbrik edib

23 Fevral 2026, 11:003
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.

Zefer.media xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət,

Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Bruney münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizi və dost xalqınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Bruney-Darüssalama daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600