İran və ABŞ arasında dolayı danışıqlar mart ayında baş tuta bilər.
Zefer.media xəbər verir ki, bu barədə İranın yüksək rütbəli rəsmisi “Reuters” agentliyinə bildirib.
O, həmçinin qeyd edib ki, danışıqlar müvəqqəti razılaşmaya gətirib çıxara bilər.
Rəsmi həmçinin bildirib ki, Tehran və Vaşinqton İrana qarşı sanksiyaların aradan qaldırılmasının miqyası və mexanizmi ilə bağlı fərqli fikirlərə malikdir.
Yeganə















