ABŞ İordaniyadakı Muvaffaq Salti Hava Bazasına 60-dan çox hərbi təyyarə yerləşdirib.
Zefer.media xəbər verir ki, bu barədə “The New York Times” (NYT) peyk görüntüləri və uçuş məlumatlarına əsaslanaraq bildirib.
Bu, adətən orada saxlanılan təyyarələrin sayından təxminən üç dəfə çoxdur. Bundan əlavə, təyyarə anqarlarda saxlanıla bilər. Nəşrin məlumatına görə, bazar günündən bəri bazaya ən azı 68 nəqliyyat təyyarəsi enib. Bazada müşahidə edilən təyyarələr arasında beşinci nəsil F-35 döyüş təyyarələri, pilotsuz təyyarələr və helikopterlər də olub.
Nəşr qeyd edib ki, bu hərbi birləşmə ABŞ-ın Muvaffaq Salti aviabazasını İrana qarşı mümkün zərbələrin planlaşdırılması üçün əsas mərkəz hesab etdiyini göstərə bilər.
Yeganə















