Dünya

“Doqquzuncu müharibəni də həll edəcəyəm” – Tramp

19 Fevral 2026, 23:591
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Tramp doqquzuncu müharibəni həll edəcəyinə söz verib.

Zefer.media xəbər verir ki, Tramp bu barədə “Sülh Şurası”nın ilk iclasında çıxışı zamanı bildirib.

Qeyd edək ki, Tramp adətən Ukraynadakı münaqişəni doqquzuncu müharibə adlandırır və bildirir ki, o, əvvəllər dünyanın müxtəlif yerlərində səkkiz hərbi münaqişənin həllinə nail olub.

Amerika liderinin sözlərinə görə, son bir il ərzində sülhün nizamlanması üzrə həqiqətən yaxşı iş görülüb və “Sülh Şurası”nda iştirak edən bəzi liderlər buna mühüm töhfə veriblər:

“Biz səkkiz müharibəni həll etdik, düşünürəm ki, həll ediləsi daha bir müharibə var. Doqquzuncu müharibəni – Ukrayna münaqişəsini həll edəcəyimə söz verirəm”.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600