• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.8° Weather Columbus
$
1.7
€
1.9512
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Uşaqların rəqəmsal dünyası: Qadağalar yetərlidir? – AÇIQLAMA

17 Fevral, 26 / 18:53
A A

Müasir dünyada internet və sosial şəbəkələr uşaqlar üçün təkcə əyləncə platforması deyil, həm də onların böyüdüyü virtual bir ekosistemdir. Lakin bu ekosistemin gətirdiyi risklər — kiber-təhdidlərdən tutmuş, erkən yaşda yaranan psixoloji asılılığa qədər — artıq dövlətləri və valideynləri radikal addımlar atmağa məcbur edir. Dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrə girişinin qanunla qadağan olunması məsələsi müzakirə edildiyi bir vaxtda, əsas sual hələ də açıq qalır: Sərt qadağalar həqiqətənmi uşaqlarımızı qoruyur, yoxsa onları daha gizli və nəzarətsiz bir rəqəmsal dünyaya itələyir ?

Mövzu barədə Zefer.media-ya açıqlama verən uşaq psixoloqu Leyla Hacıyeva azyaşlıların sosial mediadan istifadəsinin pis tərəflərinin olduğunu qeyd edib:

“Uşaqların sosial mediadan nəzarətsiz istifadəsinin mənfi tərəfləri mövcuddur və ciddi yanaşma tələb edir. Lakin çıxış yolu yalnız sərt qadağalardırmı? Əlbəttə, xeyr.

Uşaqlar və sosial şəbəkələrə qadağalar mövzusu çox həssas məsələdir. Bu məsələni yalnız “qadağa qoyaq və problem həll olunsun” yanaşması ilə qiymətləndirmək düzgün deyil. Daha doğru yanaşma qadağaların hansı hallarda faydalı, hansı hallarda isə məhdud təsirli olduğunu anlamaqdır. Müəyyən yaş dövrlərində qadağalar qoruyucu rol oynasa da, əsas həll yolu rəqəmsal maarifləndirmə və balanslı tənzimləmədir.

Rəqəmsal dünyada uşaqları sosial şəbəkələrdən tamamilə təcrid etmək nə real, nə də davamlı həll yoludur. Əsas məqsədimiz onları özlərini qorumağı bacaran, təhlükələri bilən və qiymətləndirməyi bacaran fərd kimi yetişdirmək olmalıdır.

Təcrübə göstərir ki, sərt qadağaların tədbiq edildiyi ailələrdə uşaqlar bu qadağaları asanlıqla aşır və sosial şəbəkələrdən gizli istifadə etməyə başlayırlar. Bu isə iki mənfi nəticəyə səbəb olur: birincisi, valideyn nəzarəti zəifləyir, ikincisi isə uşaq riskli situasiyalarla təkbaşına üz-üzə qalır. Yəni qadağa bəzən problemi aradan qaldırmaq əvəzinə onu sadəcə görünməz edir.

Erkən yaşlarda sosial şəbəkələrdən intensiv istifadə uşaqların psixoloji, emosional və koqnitiv inkişafına mənfi təsir göstərir. Bu mənfi təsir diqqət dağınıqlığı, yuxu problemləri, özünəinamın zəifləməsi, internet asılılığı, emosional tənzimləmə çətinliyi, fiziki sağlamlıqla bağlı problemlər və sosial bacarıqların zəifləməsi kimi bir sıra aspektlərdə özünü göstərə bilər.

Beləliklə, problemin effektiv həlli yalnız qadağalarda deyil. Ən doğru yanaşma:

1.yaşa uyğun tənzimləmə
2.valideyn nəzarəti
3.rəqəmsal maarifləndirmə

Kiçik yaşlarda mütləq sosial şəbəkələrdən məhdud və nəzarətli istifadə təmin olunmalıdır. Sosial şəbəkələrdən istifadəni və asılılıq risklərini azaltmaq üçün uşaqlar idman növlərinə, müxtəlif dərnəklərə, sosial fəaliyyətlərə və real dostluq əlaqələrinin qurulmasına təşviq olunmalıdır”.

Psixoloq bu məsələdə əməkdaşlığında vacib olduğunu vurğulayıb:

“Valideyn və məktəb əməkdaşlığı uşaqların rəqəmsal mühitdə təhlükəsiz və sağlam davranış formalaşdırmasında mühüm rol oynayır. Məktəb, həm də valideyn tərəfindən uşaqlara sosial mediada təhlükəsiz davranış qaydalarının öyrədilməlidir. Uşaq günün çox hissəsini məktəbdə və ailədə keçirir və bu iki mühitdə verilən mesajların önəmi çox vacibdir. Əgər məktəb rəqəmsal təhlükəsizlik haqqında danışır, lakin evdə nəzarət yoxdursa, əlbəttə ki, bu effektiv olmayacaq. Eyni şəkildə, valideyn nəzarəti olsa belə, məktəbdə maarifləndirmə aparılmırsa, uşaq onlayn riskləri tam anlamaya bilər.

Uşaq bilməlidir ki, nəzarət və qaydalar onu cəzalandırmaq üçün deyil, qorumaq məqsədi daşıyır. Uşağa bütün mesajlar açıq şəkildə ötürülməli və güvənli bir mühit yaradılmalıdır. Həm valideyn, həm məktəb uşağa “hər hansı təhlükə hiss etdikdə bizə müraciət edə bilərsən” mesajını ötürməlidir”.

Sonda L.Hacıyeva rəqəmsal savadlılığın əhəmiyyətini qeyd edib:

“Eyni zamanda valideynlərin rəqəmsal savadlılığının artırılması da vacib məsələlərdən biridir. Bəzi hallarda uşaqlar texnologiyanı valideynlərdən daha yaxşı bildiyi üçün nəzarət mexanizmləri zəifləyir. Məktəblərdə valideynlər üçün təşkil olunan seminarlar, maarifləndirici görüşlər bu problemin aradan qaldırılmasında xüsusi əhəmiyyət daşıyır. Valideyn rəqəmsal platformaların risklərini və imkanlarını nə qədər yaxşı anlasa, uşağa düzgün istiqamət verməsi bir o qədər effektiv olar”.

Pərvin

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda mal əti bahalaşdı

Sentyabr 22, 2026
Cəmiyyət

Masallının böyük bir hissəsi qazsız qalacaq

Sentyabr 22, 2026
Cəmiyyət

Sentyabrın 22-də Bakıda hava necə olacaq? – Yağış ehtimalı var

Sentyabr 21, 2026
Cəmiyyət

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

Sentyabr 14, 2026
Cəmiyyət

Nazir Fuad Əliyevə vəzifə verdi

Sentyabr 14, 2026
Cəmiyyət

Sabah yağış yağacaq

Sentyabr 11, 2026

XƏBƏR LENTİ

İranla münaqişə uzun müddət davam edəcək - BƏƏ

22 Sentyabr, 26 / 20:53

Rusiya hərbçiləri Ukraynada cinsi zorakılıqdan işgəncə vasitəsi kimi istifadə edir – BMT

22 Sentyabr, 26 / 19:52

Rusiya Estoniya sərhədində komendant rejimi tətbiq edib – Nəyə hazırlaşırlar?

22 Sentyabr, 26 / 19:50

Belqorodun keçmiş meri müharibədə həlak olub

22 Sentyabr, 26 / 19:48

Qrenlandiya ABŞ-nin hərbi dayaq məntəqəsinə çevrilir

22 Sentyabr, 26 / 19:46

Ermənistan süni intellektə sərmayə qoyur

22 Sentyabr, 26 / 19:42

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin işğal altındakı hissəsində FSB obyektlərini vurub

22 Sentyabr, 26 / 19:39

Putin tərəfdarı Petrosyanın həyat yoldaşını Avropaya buraxmayıblar

22 Sentyabr, 26 / 19:35

Latviya Fridman və Usmanovun sanksiya siyahısından çıxarılmasına qarşı çıxıb

22 Sentyabr, 26 / 19:33

Venesiya turistlər üçün şəhər rüsumunu artırmağı planlaşdırır

22 Sentyabr, 26 / 19:30

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.