Cəmiyyət

“MediHall Hospital”da ölüm hadisəsi: Baş həkim danışdı

16 Fevral 2026, 13:0715
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Fevralın 13-də Bakıda “MediHall Hospital’”da estetik əməliyyat etdirən qadın vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 10-da rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

“Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”- məlumatda deyilir.

“Medihall Hospital”ın baş həkimi Nigar Məhəmmədova “Sitat.info”-ya danışıb.

O pasiyentin səhhətində yaranan başqa bir narahatlıqdan öldüyünü qeyd edib: “Xanım pasiyent fevralın 9-da əməliyyat olmuşdu. Göbək yırtığı əməliyyatı olundu və əməliyyat uğurla keçdi. Klinikada olanda hər şey qaydasında idi. Evə getdikdən sonra pasiyentin ürəyində problem yaranıb. Daha sonra başqa klinikaya aparıblar. Bizimlə əlaqəsi yoxdur”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600