Bakıdan Belqrada birbaşa uçuşlar başlayır.
Zefer.media-nın Demokrat.az-a istinadən məlumatına görə ilk uçuş May ayının 3-də baş tutacaq.
Biletlərin qiyməti tək gediş üçün 136 avro (günün məzənnəsinə uyğun 274 manat ) olacaq. Uçuşu “Air Serbia” hava yolları həyata keçirəcək.
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bu barədə anons etmişdi.

















