Gündəm

YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək

12 Fevral 2026, 19:221
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Hakim Yeni Azərbaycan Partiyası (YAP) yaxın vaxtlarda bir araya gələrək Ramiz Mehdiyev barəsində müvafiq qərar qəbul etməyi planlaşdırır.

Zefer.media xəbər verir ki, bu barədə Modern.az saytına verdiyi müsahibədə millət vəkili, YAP Veteranlar Şurasının təmsilçisi Tahir Rzayev məlumat verib.

Deputat vurğulayıb ki, atılacaq addımlar istintaq prosesinin gedişatından birbaşa asılı olacaq.

“Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən onun qanunsuz əməllərinin sübuta yetirilməsi barədə rəsmi təqdimat verilməlidir. Yalnız bundan sonra onun YAP-a və Veteranlar Şurasına üzvlüyünə birdəfəlik son qoyulmalıdır”.

T.Rzayev əlavə edib ki, uzun illər ərzində yüksək postlarda çalışmış bir şəxsin bu cür hallara yol verməsi qəbuledilməzdir.

“Şübhəsiz, təhlükəsizlik xidmətlərinin malik olduğu faktları nəzərdən keçirdikdə aydın olur ki, Ramiz Mehdiyevin partiya sıralarında qalması qeyri-mümkündür. Hakim partiya bu məsələ ilə əlaqədar öz mövqeyini yaxın günlərdə açıqlayacaq”, – deyə parlament üzvü fikrini tamamlayıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600