• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.1° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Qazilərin səssiz savaşında psixoloji yardımın həyati əhəmiyyəti

11 Fevral, 26 / 17:27
A A

44 günlük Vətən müharibəsindən sonra bəzi qazilər üçün həyat yeni və çətin bir mərhələyə qədəm qoyub. Döyüş meydanından qayıdan qəhrəmanlar təkcə fiziki yaralarla deyil, həm də dərin psixoloji sarsıntılar, sosial uyğunlaşma problemləri və daxili tənhalıq hissi ilə mübarizə aparırlar. Cəmiyyətə inteqrasiya prosesində yaşanan çətinliklər, maddi və mənəvi sıxıntılar bəzi hallarda ağır nəticələrə, hətta intihar hallarına qədər gətirib çıxarır. Bu reallıq postmüharibə dövründə qazilərin həyat şəraitinə və onlara göstərilən dəstəyə diqqətin artırılmasını zəruri edir.

Qazi intiharlarının əsas səbəbləri haqqında Zefer.media-ya açıqlama verən klinik psxioloq, psixoterapevt Rövşən Nəcəfov müharibədən sonra bir çox qazinin düşüncə və davranışlarında travmadan sonrakı dəyişikliklərin müşahidə olunduğunu bildirib:

“Hadisə zaman baxımından keçmişdə qalsa da, travmanın izi psixikada bu gün də təsirini davam etdirir. Beyin təhlükənin bitdiyini tam qəbul etmədikdə yuxu pozulur, sinir sistemi həddindən artıq oyanıqlıq vəziyyətində qalır, diqqət və emosional tənzimləmə zəifləyir. Döyüş şəraitində uzunmüddətli stress, rejimsiz həyat tərzi, yuxu və qidalanmanın nizamsızlığı, fiziki tükənmə sonradan müxtəlif fəsadlar şəklində üzə çıxır. Döyüş yoldaşının itkisi, ölüm təhlükəsi ilə üzləşmə, sağ qalma faktı bəzən özünü günahlandırma, uzanan yas prosesi, özünə qapanma və sosial təcrid kimi ağır reaksiyalara səbəb olur. Depressiya dərinləşdikcə ümidsizlik artır, həyatın mənası və motivasiya zəifləyir, yuxusuzluq və daxili gərginlik isə riskli davranışların artması üçün zəmin yaradır”.

Psixoloq, vəziyyəti daha da çətinləşdirən əsas amillərdən birinin psixoloji yardım istəməyin cəmiyyətdə hələ də qınaq predmetinə çevrilməsi olduğunu qeyd edib:

“Bir çox insan yaşadığı vəziyyəti bölüşməyə çəkinir, zəif görünməkdən ehtiyat edir, problemin zamanla aradan qalxacağını düşünərək peşəkar dəstəyə müraciəti gecikdirir. Halbuki travmadan sonrakı pozuntular və depressiya vaxtında müdaxilə edildikdə idarəolunan, müalicə və reabilitasiya imkanları olan hallardır. Buna görə cəmiyyət biganə qalmamalı, qazilərə münasibətdə anlayışlı və məsuliyyətli mövqe sərgiləməli, onları yalnız rəsmi tədbirlərdə xatırlanan simalar kimi deyil, gündəlik həyatda real ehtiyacları olan insanlar kimi qəbul etməlidir.

İctimai təşkilatlar bu prosesdə həlledici rol oynaya bilər. Onların funksiyası psixoloji dəstəyə çıxışı genişləndirmək, maarifləndirmə fəaliyyətini gücləndirmək və davamlı müşayiət mexanizmi formalaşdırmaqdan ibarət olmalıdır. Travma yönümlü psixoterapiyaya yönləndirmə, ehtiyac yarandıqda psixiatrik qiymətləndirmə, fərdi konsultasiyalar, qrup görüşləri, ailələr üçün psixoedukasiya və uzunmüddətli reabilitasiya proqramları sistemli şəkildə təşkil edilməlidir. Sosial reinteqrasiya bu istiqamətin ayrılmaz tərkib hissəsidir. Peşə adaptasiyası, məşğulluğa dəstək, təhsil və ixtisasartırma imkanları, sağlam həyat rejiminin bərpası, hüquqi və sosial xidmətlərə yönləndirmə qazinin həyatında struktur və mənalılıq hissini gücləndirir”.

Sonda R.Nəcəfov qazilərin psixoloji dəstək layihələrində mentor kimi iştirak etməsinin vacibliyini vurğulayıb:

“Bu yanaşma etimadı artırır, damğalanmanı zəiflədir, peşəkar dəstəyə müraciəti asanlaşdırır və proqramların formal deyil, funksional şəkildə qurulmasına kömək edir. Mentorların məqsədyönlü seçilməsi, qısa hazırlıq mərhələsindən keçirilməsi, məxfilik və etik davranış qaydalarının aydın şəkildə müəyyənləşdirilməsi vacibdir. Postmüharibə dövründə ağır psixoloji nəticələrin qarşısının alınmasının əsas şərti koordinasiyalı yanaşmadır. Psixoloji yardım, sosial dəstək, ictimai həssaslıq, aidiyyəti qurumlar və ixtisaslaşmış təşkilatlar arasında real əməkdaşlıq eyni məqsədə xidmət etməlidir”.

Pərvin

Bənzər Xəbərlər

Cəmiyyət

“Gənclik və dəyərlər” layihəsi başlayır

İyun 13, 2026
Cəmiyyət

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

İyun 12, 2026
Cəmiyyət

Sabah Bakıda temperatur 35 dərəcəyə yüksələcək

İyun 12, 2026
Manşet

Prezidentdən sərəncam

İyun 11, 2026
Cəmiyyət

DSMF-nin xərcləri bu qədər olub

İyun 11, 2026
Manşet

Azərbaycan və İranın dəmir yolu rəsmiləri Astara Terminalındakı tikinti işi ilə tanış olub

İyun 11, 2026

XƏBƏR LENTİ

“Gənclik və dəyərlər” layihəsi başlayır

13 İyun, 26 / 11:27

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

12 İyun, 26 / 21:57

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

12 İyun, 26 / 21:43

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

12 İyun, 26 / 21:32

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan XİN arasında mədəni irsin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb

12 İyun, 26 / 21:27

Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb

12 İyun, 26 / 18:09

Cenevrə “planı” havada qaldı: İran imza xəbərlərini təkzib etdi 

12 İyun, 26 / 18:06

ABŞ ilə anlaşmanın detalları Xameneiyə təqdim edilib

12 İyun, 26 / 17:54

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

12 İyun, 26 / 17:47

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

12 İyun, 26 / 17:18

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.