İdman

Qurban Qurbanov meydançanı qardan təmizlədi – FOTOLAR

10 Fevral 2026, 15:154
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən “Şamaxı” – “Qarabağ” matçından əvvəl stadionda qeyri-adi anlar yaşanıb. Şamaxıda hökm sürən əlverişsiz hava şəraiti və yağan intensiv qar şəhər stadionunun ot örtüyünü tamamilə örtüb. Meydançanın oyun üçün uyğunsuz halda olduğunu görən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hər kəsə nümunə olacaq davranış nümayiş etdirib.

Zefer.media xəbər verir ki, təcrübəli mütəxəssis kənardan izləmək əvəzinə, stadion işçilərinə qoşularaq meydanı qardan təmizləməyə başlayıb.

Əlinə bel alan Qurbanovun stadion əməkdaşları ilə çiyin-çiyinə çalışaraq yaşıl örtüyü qardan təmizləməsi ətrafdakıların diqqətindən yayınmayıb. Onun bu səmimi görüntüləri qısa müddətdə sosial mediada yayılıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600