• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.5° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Yaxın Şərq gərginliyinin Cənubi Qafqaza və Zəngəzur dəhlizinə TƏSİRLƏRİ…

10 Fevral, 26 / 13:27
A A

Yaxın Şərqdə İran, ABŞ və İsrail arasında artan gərginlik beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu proseslər regionlararası siyasi tarazlığa təsir göstərir və Cənubi Qafqazda gedən proseslərin, xüsusilə, Azərbaycan–Ermənistan arasında sülh müzakirələrinin ümumi kontekstində dəyərləndirilir.

Məsələ ilə bağlı Zefer.media-ya açıqlama verən Azərbaycanın əməkdar jurnalisti, millət vəkili Elçin Mirzəbəyli Yaxın Şərqdə İran, ABŞ və İsrail arasında artan gərginlik təkcə bu coğrafiyanın təhlükəsizlik mühitini dəyişdirmədiyini vurğulayıb:

“Qlobal güclərin diqqətinin bu bölgəyə yönəlməsi paralel şəkildə digər həssas geosiyasi məkanlarda, o cümlədən Cənubi Qafqazda baş verən proseslərin tempinə və prioritetliyinə də təsir göstərə bilər. Bu baxımdan, Azərbaycan–Ermənistan arasında sülh prosesi və Zəngəzur nəqliyyat dəhlizinin açılması məsələsi regionda formalaşan yeni geosiyasi konfiqurasiyadan kənar qiymətləndirilə bilməz.

Məsələ ondadır ki, Cənubi Qafqaz artıq uzun müddətdir yalnız regional deyil, eyni zamanda qlobal geosiyasi rəqabətin kəsişmə nöqtəsinə çevrilib. Rusiya ilə Avropa İttifaqı arasında qarşıdurma, Türkiyənin bölgədə artan rolu, İranın təhlükəsizliklə bağlı iddiaları və Çinin “Bir kəmər, bir yol” təşəbbüsü bu regionu strateji tranzit və təsir məkanı kimi ön plana çıxarıb. Lakin Yaxın Şərqdə eskalasiyanın dərinləşməsi böyük güclərin diplomatik və siyasi resurslarının əsasən həmin istiqamətə yönəlməsinə səbəb olur ki, bu da Cənubi Qafqazdakı proseslərin nisbi şəkildə diqqətdən kənarda qalması ehtimalını artırır”.

Millət vəkili qeyd edib ki, İranın bu məsələdə tutduğu mövqe ayrıca və müstəqil şəkildə qiymətləndirilməlidir:

“Tehran Zəngəzur dəhlizini İran ərazisi üzərindən Avropaya quru çıxış imkanlarının zəifləməsi, eləcə də regiondakı geosiyasi balansın Türkiyə və Azərbaycanın xeyrinə dəyişməsi kimi qəbul edir.

Bununla yanaşı, prosesin başqa bir tərəfi də mövcuddur. Qlobal güclərin diqqətinin Yaxın Şərqə yönəlməsi Cənubi Qafqazda müəyyən mənada “regional məsuliyyət boşluğu” yarada bilər. Bu boşluq isə region ölkələrinə öz aralarında daha çevik və praqmatik qərarlar qəbul etmək imkanı verir. Azərbaycan üçün əsas üstünlük ondan ibarətdir ki, Zəngəzur dəhlizi artıq yalnız regional layihə statusunu aşaraq daha geniş məna kəsb edir. Bu dəhliz Orta Dəhlizin mühüm həlqəsi, Türk dünyasını birləşdirən geosiyasi xətt və Avropa–Asiya ticarət marşrutunun alternativ seqmentidir. Bu səbəbdən layihənin taleyi yalnız Cənubi Qafqazdakı siyasi proseslərdən asılı deyil. Türkiyə, Mərkəzi Asiya ölkələri, Çin və Avropa üçün bu marşrutun açılması strateji əhəmiyyət daşıyır.

Böyük güclərin diqqətinin müvəqqəti olaraq Yaxın Şərqə yönəlməsi Zəngəzur dəhlizinin əhəmiyyətini azaltmır. Əksinə, alternativ nəqliyyat marşrutlarının təhlükəsizliyi məsələsi aktuallaşdıqca Orta Dəhlizin və onun əsas komponentlərindən biri olan Zəngəzur xəttinin geoiqtisadi dəyəri daha da artır”.

Sonda E.Mirzəbəyli Azərbaycan–Ermənistan sülh prosesi məsələsində, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdikdən sonra sülh gündəliyini təşəbbüskar tərəf kimi formalaşdırdığını qeyd edib:

“Ermənistan isə regionda yaranmış yeni geosiyasi reallıqları tam şəkildə qəbul etmək məcburiyyətindədir. Beləliklə, Yaxın Şərqdə artan gərginlik qısa müddətli diplomatik diqqət yayındırıcı amil kimi Azərbaycan–Ermənistan sülh prosesinin tempinə müəyyən təsir göstərə bilər. Lakin bu faktor prosesin mahiyyətini və strateji istiqamətini dəyişmək gücündə deyil. Zəngəzur dəhlizi isə artıq regional siyasi müzakirə mövzusu olmaqdan çıxaraq qlobal geoiqtisadi layihə statusu qazanıb. Bu səbəbdən əsas sual “proses arxa plana keçəcəkmi?” deyil, “bu proses yeni geosiyasi şəraitdə hansı sürətlə və hansı formatda davam edəcək?” olmalıdır. Bu sualın cavabı isə böyük güclərin diqqətindən daha çox region dövlətlərinin, ilk növbədə Azərbaycan və Türkiyənin siyasi iradəsindən asılıdır”.

Pərvin

Bənzər Xəbərlər

Cəmiyyət

“Gənclik və dəyərlər” layihəsi başlayır

İyun 13, 2026
Cəmiyyət

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

İyun 12, 2026
Cəmiyyət

Sabah Bakıda temperatur 35 dərəcəyə yüksələcək

İyun 12, 2026
Manşet

Prezidentdən sərəncam

İyun 11, 2026
Cəmiyyət

DSMF-nin xərcləri bu qədər olub

İyun 11, 2026
Manşet

Azərbaycan və İranın dəmir yolu rəsmiləri Astara Terminalındakı tikinti işi ilə tanış olub

İyun 11, 2026

XƏBƏR LENTİ

“Gənclik və dəyərlər” layihəsi başlayır

13 İyun, 26 / 11:27

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

12 İyun, 26 / 21:57

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

12 İyun, 26 / 21:43

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

12 İyun, 26 / 21:32

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan XİN arasında mədəni irsin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb

12 İyun, 26 / 21:27

Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb

12 İyun, 26 / 18:09

Cenevrə “planı” havada qaldı: İran imza xəbərlərini təkzib etdi 

12 İyun, 26 / 18:06

ABŞ ilə anlaşmanın detalları Xameneiyə təqdim edilib

12 İyun, 26 / 17:54

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

12 İyun, 26 / 17:47

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

12 İyun, 26 / 17:18

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.