Dünya

Netanyahu Misirin hərbi qüdrətinin artmasından NARAHATDIR

7 Fevral 2026, 19:453
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsrailin baş naziri Benyamin Netanyahu Misirin artan hərbi potensialından narahatlığını ifadə edib.

Zefer.media xəbər verir ki, bu barədə “Maariv” qəzeti yazır.

Qəzetin yazdığına görə, baş nazir bunu İsrail parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin qapalı iclasında çıxışı zamanı deyib. Netanyahu İsrail və Misir arasında diplomatik münasibətlərin və ortaq maraqların olduğunu etiraf edib, lakin o, Misir ordusunun hazırda fəal şəkildə gücləndirildiyinə inanır:

“Bunu yaxından izləmək lazımdır və çox güclü şəkildə gücləndirilməsinə icazə verilməməlidir”,-deyə Netanyanhu parlamentarilərlə görüşdə bildirib..

İsrailin baş naziri bundan əvvəl də oxşar narahatlığı ifadə etmişdi. Xüsusilə, 2025-ci ilin sentyabrında Amerikanın “Axios” portalı Netanyahu Misirin Sinay yarımadasında 1979-cu ildə imzalanmış sülh müqaviləsini ciddi şəkildə pozan bir neçə addım atdığına inandığı üçün ABŞ administrasiyasından Qahirəyə təzyiq göstərməyi xahiş etdiyini bildirmişdi.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600