TRIPP layihəsi üzrə işlərin aparılması üçün Ermənistan və ABŞ nümayəndələri Ermənistanın Sünik vilayətinə səfər ediblər.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, ABŞ tərəfini müvəqqəti işlər vəkili Devid Allen və Dövlət Departamentinin müşaviri Con Askonas, Ermənistan tərəfini isə Xarici İşlər Nazirliyinin əməkdaşları təmsil edir.
Proqrama yerli icmaların rəhbərliyi və sakinlərlə danışıqlar, həmçinin Meğri rayonu ərazisində TRIPP marşrutu üçün nəzərdə tutulan perspektivli ərazilərə baxış daxildir.
Aytən Yalçınqızı

















