• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.6° Weather Columbus
$
1.7
€
1.9633
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

1937-ci ilin kölgəsində qalan üç böyük tale… “Bir günün tarixi. 1937-ci il 4 iyun” AzTV-də - VİDEO

03 İyun, 26 / 10:28
A A

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, AzTV-nin bədii rəhbəri Mehriban Ələkbərzadə “Bir günün tarixi. 1937-ci il 4 iyun” sənədli filmi haqqında fikirlərini bölüşüb.

““Tarixin bir günü”, “Bir günün tarixi” sənədli filmlər silsiləsinin bu dəfəki buraxılışı “Bir günün tarixi” adlanır. Çünki bu dəfə 1937-ci ilin bir günündən – 4 iyun tarixindən danışırıq.

Məsələ bundadır ki, həmin dövrdə həbs olunan 29 min insandan yalnız 3-nün taleyinə toxunmuşuq. Çünki onlar bir gecədə Azərbaycanın söz adamlarının, milli kimliyində israrlı olan, Azərbaycan maarifçiliyi üçün böyük əhəmiyyət daşıyan üç işığın sönməsi demək idi. Bunlar Əhməd Cavad, Hüseyn Cavid və Mikayıl Müşfiq idi. Onlar eyni gecədə həbs olunmuşdular.

Bu dəfə 1930-cu illərə, xüsusilə də 1937-ci ilə daha geniş nəzər salacağıq. 29 min insandan məhz bu üç şəxsiyyəti xatırlayacağıq.

Əslində, “yaralardan qan gələr” dediyimiz mənada, həmin vəhşilikləri və dəhşətləri bu gün də özündə ehtiva edən Repressiya Muzeyi var. Təbii ki, muzeyin varlığı və onun özündə saxladığı ab-hava bizə bəllidir. Amma mənə ən çox təsir edən istintaq materialları oldu.

Həmin materiallarda bu üç böyük dahini alçaldan, onların şərəf və ləyaqətinə toxunan həmkarlarının məktubları, donosları, eləcə də atdıqları iftira və böhtanlar yer alırdı. Onlar həmin bulanıq su selinin qarşısında dayana bilmirdilər və verilən işgəncələr səbəbindən etiraf etməyə məcbur qalırdılar. Təbii ki, bu etiraflar yalan idi, sadəcə can qurtarmaq məqsədi daşıyırdı.

Təsəvvür edin ki, milli kimliyimizi, türkçülüyü əks etdirən böyük yazarımız Əhməd Cavad deyir ki, artıq sosializm quruculuğu naminə əsərlər yazacaq. Hüseyn Cavid deyir ki, bəli, mən türkçüyəm, amma başa düşürəm ki, milli kimliyimə və millətimə sevgim başqa millətlərin haqqına girmək deməkdir. Mikayıl Müşfiq isə hətta rəhbərə – Stalinə həsr etdiyi şeirdən sonra yenidən sosializm quruculuğundan, kolxozdan və sovxozdan yazmağa söz verir, fürsət istəyir.

Amma artıq gec idi, çox gec. Çünki onların ədəbi məhkəmələrdən istintaqa və hərbi məhkəməyə gedəcək yolunu müəyyənləşdirən həmkarları var idi. Məhz bu məqam mənə daha çox təsir etdi.

Bu filmin əsas mahiyyəti, məğzi və bəlkə də fərqi ondadır ki, mən bu repressiya qəlibinə salınan insanlara “günahsız qurbanlar” deyə bilmirəm. Onlar repressiyanın günahsız qurbanları deyildilər. Onlar Azərbaycanın milli kimliyinə, maarifçiliyinə işıq daşıyan insanlar idi. Onlar bu repressiya qəlibinə onsuz da düşməli idilər. Sadəcə, onların fiziki yoxluğundan sonra mənəvi həyatları başladı.

Əslində, bizim qazancımız da budur. Azərbaycan himninin sözlərinin müəllifi Əhməd Cavad həmin sözlərə görə qətlə yetirildi. Amma bu gün biz yenə də həmin himni oxuyuruq. Mikayıl Müşfiq kimi Allah vergisi olan bir şairin bu gün də yolunu davam etdirən, onu sevən və onun yaradıcılığından ilham alan şairlər var.

Bu üç böyük işığın nuru illər keçdikcə sönmədi, əksinə daha da gücləndi. Məhz buna görə də bu dəfəki filmin qəhrəmanları onlardır””.

Linkə keçid edərək anonsu izləyə bilərsiniz: https://youtu.be/t0vtG13zZM8

Bənzər Xəbərlər

Manşet

Xəzərin etibarlı qalxanı: Azərbaycan Hərbi Dəniz Qüvvələri 108 yaşında 

Avqust 5, 2026
Siyasət

Prezident İlham Əliyev fərman imzalayıb

Avqust 5, 2026
Cəmiyyət

Turizmdə səyahət xərcləri necə hesablanır? - AÇIQLAMA 

Avqust 4, 2026
Siyasət

Prezidentdən 3 fərman

Avqust 3, 2026
Siyasət

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Avqust 3, 2026
Manşet

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Avqust 3, 2026

XƏBƏR LENTİ

Növbəti köç karvanları Xocavəndə çatıb, açarlar təqdim edilib

05 Avqust, 26 / 15:08

“Fox News”: “ABŞ-nin İrana hücum planı sızdırılıb”

05 Avqust, 26 / 14:54

Vladimir Tkaçukun avtomobili partladılıb

05 Avqust, 26 / 14:51

Xəzərin etibarlı qalxanı: Azərbaycan Hərbi Dəniz Qüvvələri 108 yaşında 

05 Avqust, 26 / 14:32

Türkiyə və İranın təhlükəsizlik rəsmiləri görüşüblər

05 Avqust, 26 / 14:25

Ədliyyə və DİN-dən birgə əməliyyat

05 Avqust, 26 / 14:22

Prezident İlham Əliyev fərman imzalayıb

05 Avqust, 26 / 14:19

Pakistandan Azərbaycana təşəkkür

05 Avqust, 26 / 14:18

Ukraynaya hərbi yardım çərçivəsində ən çox tankı bu ölkə göndərib

05 Avqust, 26 / 14:15

Burhanəddin Duran: Türkiyə NATO daxilində artan əhəmiyyətini güclü şəkildə nümayiş etdirib.

05 Avqust, 26 / 14:11

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.