Ukrayna ABŞ prezidenti Donald Trampın nümayəndələrinin yaz və yay fəsillərinin birində Kiyevə səfərini gözləyir.
Zefer.media xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski RBNO katibi Rüstəm Umerovun ABŞ-dakı görüşlərdən sonrakı hesabatının nəticələri barədə danışıb.
“Danışıqlar mənalı keçib. Biz zəruri səfərlərin cədvəlini razılaşdırırıq və yaz-yay mövsümünün sonunda Kiyevdə Amerika prezidentinin nümayəndələrini gözləyirik. Ümid edirik ki, bu dəfə planlaşdırılanları həyata keçirə və diplomatiyanı gücləndirə biləcəyik”, – deyə o qeyd edib.
Ukrayna lideri deyib ki, humanitar məsələlər, o cümlədən hərbi əsir mübadiləsinin davam etdirilməsi də müzakirə olunub.
“Təhlükəsizliyə zəmanət verə biləcək razılaşmaların təfərrüatlarını yekunlaşdırırıq. Konstruktivliyin olması vacibdir və biz sülhə, Ukraynanın möhkəmləndirilməsinə və Amerika ilə ikitərəfli münasibətlərə doğru irəliləməliyik”, – deyə Zelenski vurğulayıb.
Zərintac Mayisqızı

















